"Neftçi" futbolçusunu əcnəbi kluba icarəyə verdi

"Neftçi" futbolçusunu əcnəbi kluba icarəyə verdi
ÖLKƏ FUTBOLU 7 Mart 2023 / 15:03 3541
-  A +

"Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib. 

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner