Bu mövsüm Premyer Liqanı bir klubun tərk edəcəyi rəsmiləşdi

Bu mövsüm Premyer Liqanı bir klubun tərk edəcəyi rəsmiləşdi
ÖLKƏ FUTBOLU 7 Mart 2023 / 13:50 5918
-  A +

"Bəli, bir komanda bu il Premyer Liqanı tərk edəcək. Təbii ki, sonuncu yeri tutan. Buna görə Premyer Liqa klubları bunu nəzərdə saxlasın". 

Qol.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, hazırda Premyer Liqada klub sayının artmasının planda olmadığını deyib: "Nəzərdə tutulub ki, 1-ci diviziondan bir komanda idman prinsipləri qorunaraq, yüksək liqaya gəlsin. Premyer Liqada komandaların sayının artırılması bu dəqiqə müzakirə mövzusu deyil".

Daha çox


Son xəbərlər
topaz banner