"Yaxşı oyun oldu. Matça əla başladıq. Başlanğıcda daha aqressiv olmalıydıq. Bu oyun üçün bütün planlarımızı yerinə yetirə bildik. Futbolçularımı təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 25-ci turunda bu gün "Turan Tovuz"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, kubokda "Turan Tovuz"un onlara rəqib olması ilə bağlı bildirib: "Kubokda da döyüşmək lazım olacaq. Bu turnir biraz fərqlidir. İlk matça hələ çox var. Qarşıdakı oyunlara köklənməliyik".
Rumıniyalı mütəxəssis zədəlilərin sıraya dönməsindən sonra komandasının istədiyi oyunu sərgilədiyini qeyd edib: "Çalışırıq, son oyunlarda bütün oyunçuları öz mövqelərində oynadaq. Heyətə baxdıqda demək olar, zədəli futbolçumuz yox idi. Bir neçə oyundur, eyni heyətlə çıxa bilirik. Bunu görə bilərsiniz. Yaxşı oyunçularımız var, məşqlərimizin səviyyəsi də artıb. Xoşbəxtəm. Sezar Meza Kolli qayıtdı, qol vurdu. Eddi İsrafilov da neçə oyundur, bizimlədir. Kenni Sayef, Vato Arveladze, Mateus Saldanya da yaxşı formadadır. Emin Mahmudov da formasını bərpa edir. Bizim oyunumuz daha yaxşılaşır".
Baş məşqçi kapitan Emin Mahmudovun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Emin təlim-məşq toplanışında zədə almışdı. Ona görə performansında eniş var idi. Lakin son zamanlarda məşqləri ağrısız keçirir. Və siz həqiqi Emini görürsüz. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Mənim də arzum budur. O, peşəkar futbolçudur. Bu cür xəbərlərlə çox qarşılaşıb. Bu haqda çox danışmalı deyilik. Eminin üzərində təzyiq yaratmalı deyilik. O, özü və ailəsi üçün ən yaxşı qərar nədirsə, onu seçəcək".
Regekampf komandaya yayda gələn Vato Arveladzenin fərq yarada bilməməməsi haqd sualı belə cavablandırıb: "Vatoya ümidim böyükdür. Topla rahat rəftar edir. Öz mövqeyi uğrunda daha çox mübarizə aparmalıdır. Vato mükəmməl oyunçu ola bilər. Onda bu keyfiyyət və xarakter var. Lakin son 2-3 ildə çox zədə alıb. Buna görə ona bir az da vaxt lazımdır".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi