“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Qəbələ” üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Qol.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis vacib 3 xal qazandıqlarını qeyd edib: “Bizim üçün çox vacib oyun idi. Mühüm 3 xal qazandıq. Gərgin və maraqlı qarşılaşma alındı. Bu gün çox yaxşı komandaya qarşı oynayırdıq. Hansı ki meydanda nə etdiklərini çox yaxşı bilirlər, bir-birini tamamlayan futbolçuları var. Ümumən futbolçularımdan razı qaldım. Sadəcə bəzi epizodlarda diqqətsizlik var idi. Məsələn, sarı vərəqələrlə bağlı futbolçulara tapşırıq vermişdik ki, diqqətli olsunlar, rəqibə üstünlük qazanmaq şansı verməsinlər. Bu da oyunun gərginliyindən, aqressiyasından irəli gələn məqamlardı. Hər bir halda futbolçulardan razıyam. Bəzi futbolçularımızın yoxluğuna baxmayaraq, yaxşı, dinamik bir oyun oldu. “Qəbələ”yə də uğurlar arzu edirəm”.
Mütəxəssis rəqibin onları nə iləsə təəccübləndirməsi haqda sualı belə cavablandırıb: “Qəbələ”nin öz oyun üslubu var və son zamanlar tərzini yaxşılaşdırır. Topu ələ keçirən kimi tək toxunuşlarla çox yaxşı hücuma çıxırlar. Hücumçuları daim müdafiənin arxasında top almağa çalışırlar. Bunu çox yaxşı yerinə yetirirlər. Bu gün məhz bu məqama diqqət ayırsaq da, bir neçə epizodda qarşısını ala bilmədik. “Qəbələ” öz istədiyini daim yaxşılaşdıran bir komandadır və məncə, bu, ən böyük müsbət cəhətləridir”.
O, hazırda komandasında itkilərin çox olduğunu bildirib: “Komandanın pik formaya nə vaxt çatacağını deyə bilməyəcəm. Çünki bəzən düşünmədiyimiz hadisələr olur. Bu gün hücum xəttində oyunçularımız olsa da, əlimdə dəyişiklik etmək üçün imkan azı idi. Diabi, Benzia zədəlidir. Onların formada olması həm rəqabəti yaxşılaşdırır, həm də mənim üçün oyunlarda rotasiya etmək, istənilən an sürəti artırmaq şansı yaradır. Zədəlilərimiz hazırda çoxdur. Məşqlərə başlayandan sonra yenidən formanı bərpa etmək üçün müəyyən vaxt tələb olunur”.
Qurbanov fasiləyə yollanarkən hakimlə aralarındakı dialoqa da aydınlıq gətirib: “Mənim hakimlərdən razı qalmadığım vaxt olmayıb. Heç vaxt razı qalmadığımı deməmişəm. Həmin epizodda da hakimə narazılıq bildirmirdim. Sadəcə yaxınlaşdım dedim ki, çox bəsit sarı vərəqələr göstərdiniz. Oyunun 15-20-ci dəqiqəsində orta sahə oyunçularımızdan ikisi sarı vərəqə alırsa, onlar ehtiyatlı davranacaqlar və aqressiyanı itirəcəklər. Fasilədə sarı vərəqə epizodlarına baxdım. Mənim fikrimcə, Romanın epizodunda sarı vərəqə yox idi. Lakin referi əminliklə dedi ki, düşüncəsinə görə hər iki epizodda sarı vərəqə idi. Hakimləri də başa düşmək lazımdır. Oyunların gərginliyi onlara da təsir edir. Bəzən qışqırığa fit verirlər. Hakimlərə də uğurlar arzulayıram. Hər birimiz istəyirik ki, onlar da daha yaxşı səviyyəyə çatsınlar”.
“Qarabağ”ın çalışdırıcısı hazırda əvəzedici komandadan hansısa futbolçunun əsas heyətə düşmək iqtidarında olmadığını deyib: “Əvəzedici heyətdən bir neçə gənc futbolçunu əsas komandaya cəlb edirik. Bizlə məşq edirlər. Amma bu gün meydana buraxa biləcəyim səviyyədə deyillər”.
Mütəxəssis “Qarabağ”ın əksər oyunlarda qapısında qol görməsinə də münasibət bildirib: “Bu, Şahrudinin yoxluğu ilə bağlı deyil. Bəli, çox qol buraxırıq. Bununla bağlı futbolçulara iradlarımı bildirirəm. Bu gün də iradımı bildirdim. Böyük ehtimal, birincisi, müdafiədəki diqqətsizliyimiz, ikincisi də rəqiblərin hücumda daha dəqiq oynaması qapımızda qol görməyimizə gətirib çıxarır. Ümumən hazırda çempionatımızda qol vurulmayan oyun demək olar ki yoxdur. Bütün kollektivlər daha çox hücum qurmağa çalışır. Bu gün demək olar ki, heç bir rəqib digərindən çəkinmir. Pressinq tətbiq edirlər, daha çox hücum qururlar. Amma istənilən halda səhvləri ilk növbədə özümüzdə görürəm. Oyunumuz da rəqibə daha çox şans verir. Eybi yoxdur, çox qol vuraq, hər oyun qol buraxmağımızla heç nə olmaz. Amma mənim üçün vacib olan bütün futbolçularımın hücumda çəkinmədən oynamasıdır”.
Qurban Qurbanov Qara Qarayevin start heyətində yerini itirmədiyini vurğulayıb: “Qara Qarayevin start heyətində yer aldığı oyunların sayı az olmayıb. Bəzi rotasiyalar edirik. Qara bizim əsas oyunçularımızdan biridir. Elə qarşılaşmalar olur ki, dəyişiklik edirik. Növbəti matçlarda yenidən Qaranı əsas heyətdə görə biləcəksiniz”.
Mütəxəssis 2 gün sonra keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında hər hansı bir dəyişiklik görmək istəməsi ilə bağlı sualı şərh etməyib: “Bu, mənə aid olmayan bir məsələdir”.
Q.Qurbanov yayda yeni transferlərin olacağını bildirib: “Yayda bir neçə transfer etmək fikrindəyik. Daim liderliyi qoruyub saxlamaq istəyiriksə, Avropada hər zaman uğurla çıxış etməyi hədəfləyiriksə, heyətimizin hər zaman genişlənməsinə ehtiyac var. Bu gün komandamızda qapıçılardan başqa 23 futbolçu olsa da, gördünüz ki, avrokuboklardakı oyunlarımızda nə qədər çatışmazlığımız oldu. 7-8 ay ərzində oynamayan futbolçularda zədələri, mikro zədələri də gözləməliyik. Böyük oyunlarda bəzən güc çatmır. Ona görə də Diakabi, Benzia düşünmədiyimiz zədələrlə üzləşdilər. Onların hazırlıq səviyyəsi elə idi ki, minimum 30-45 dəqiqə meydanda mübarizə apara bilərdilər. Lakin matçların gərginliyi göstərdi ki, bizim düşündüyümüz kimi olmadı. Vacib məqam odur ki, hansısa oyunçunu itiririksə, oyunumuzu itirməməliyik. Zədəlini əvəzləyən futbolçumuz da yaxşı səviyyədə, bacarıqlı olmalıdır. Ona görə də yayda yeni transferlərin gözlənildiyini söyləyə bilərəm”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı
"Arsenal" "Real"ın təklifini geri çevirdi
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Tudor "Tottenhem"lə işləməyin çətin olduğunu etiraf etdi
Vinisiusla bağlı yeni qalmaqal - Şəkil
Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmirlər
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
"Barselona"nın futbolçusu sıradan çıxdı
Azərbaycan cüdoçularının rəqibləri açıqlandı
"Əl-Hilal"da Benzema şoku
Bu komanda Region Liqasından kənarlaşdırıldı
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
"Komandama çox inanıram" - Domeniko Tedesko
Ronaldo İspaniya klubunun səhmlərinin 25 faizini aldı
Türkiyə klublarının oyunları bu kanallarda
"Sumqayıt"ın futbolçusu üçün mövsüm başa çatdı
Ərdoğan Okan Buruka zəng etdi - Video
“Qarabağ”ın futbolçusundan ingilislərə transfer çağırışı
Osimhen qol vurduqdan sonra niyə sevinməyib?
"Yuventus"un kapitanı: "Ağlamaq istəyirəm"
Arda Güler "Real"da 100-ə çatdı
Çempionlar Liqasında ən çox ötürmə edən “Qarabağ”lı kimdir?
“Qarabağ”ın ÇL-də diqqətçəkən statistikası
Osimhen, Hoq, Tçaumeni və Sorlotun yarışı
Möhtəşəm geridönüş, 3 qırmızı vərəqə - Video
“Mərhələni keçsək də, çox önəmli dərs aldıq” - Okan Buruk
ÇL-in bütün 1/8 finalçıları, potensial cütləri
Turində triller! - Video
Çempionlar Liqasında son 1/8 finalçılar müəyyənləşdi
“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi
Azərbaycan güləşçilərindən 3 medal
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"