Mahir Superliqada debüt etdi, "Konyaspor" xal itirdi - Yenilənib-3

Mahir Superliqada debüt etdi, "Konyaspor" xal itirdi - Yenilənib-3
ÖLKƏ FUTBOLU 5 Mart 2023 / 19:04 12094
-  A +

Millimizin üzvü Mahir Emrelinin yeni komandası "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Həmçinin oxuyun: Mahir yayda "Dinamo"dan ayrıla bilər

Mahir də bu oyunda iştirak edib. O, əsas heyətdə meydana çıxıb və 56-cı dəqiqədə Robert Muriçlə əvəzlənib. Bu, Mahirin "Konyaspor"da və ümumiyyətlə Superliqada rəsmi debüt oyunu olub.

"Konyaspor" 23 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb. "Giresunspor" isə 22 xalla 17-cidir.

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner