“Bu oyunda 3 xal həddindən artıq önəmli idi. Uduzsaydıq, çox çətin vəziyyətə düşəcəkdik. “Kəpəz”lə oyundan sonra qırılmış vəziyyətdəydik. Futbolçular söz vermişdilər ki, bu gün qələbə qazanacaqlar. İlk dəqiqələrdən istək görünürdü”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, futbolçularının verdikləri sözü tutduqlarını bildirib: “Bəzən bir oyunçu ardıcıl 2-3 dəfə səhv etsə də, özünə qapanmırdı, sona qədər mübarizə aparırdı. Bu gün hər iki komanda eyni vəziyyətdə meydana çıxmışdı. Ona görə də meydanda amansız mübarizə gedirdi. Keyfiyyət olmasa da, mübarizə var idi. Bu gün lazım olan da elə uduzmamaq istəyi idi. Bu cür oyunlarda kim qol vursa, o da qalib gəlir. Düzdür, rəqib bizi əks-hücumda yaxalaya bilərdi. Xoşdur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Sonda ən çox istəyən qalib gəlir. Bu gün də elə oldu. Futbolçulara təşəkür edirəm, verdikləri sözü tutdular”.
Samir Abasov qeyd edib ki, Premyer Liqanı tərk etsələr belə, “Sumqayıt”dan ayrılmayacaq: "Qışdan sonra 9 xal yığmışıq. Bu, heç də pis nəticə deyil. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Oyun baxımından özüm də görürəm ki, mən istədiyim futbol deyil. Keçən dəfə də demişdim k, "Kəpəz”ə qarşı oynamadığımız futbolla sonuncu pilləyə layiqik. Bizim kimi komandalar istəksiz oynasa, heç nəyə ümid etməməlidir. Bu gün məgər qeyri-adi nəsə elədik? Xeyr, sadəcə komanda mübarizə apardı. Xarakter nümayiş etdirdi".
Mütəxəssis yenidən qapı xəttində Aydın Bayramova şans verməsinin səbəbini belə izah edib: "Aydını itirmək olmaz. Biz onu qazanmalıyıq. Kim təminat verə bilər ki, onu əvəzləyəcək qapıçı səhv etməyəcək? Aydınla söhbətimiz oldu. Futbolçular da ona inanırlar. Bu gün qapı xəttində elə bir problem yaşamadıq".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında