“Qarabağ” “Gentlə” oyuna görə həddindən çox tənqid olundu. Bəli, udmalı idi, “Gent” “Qarabağ”ın keçdiyi rəqiblərdən güclü deyildi. Bunu hamı anlayır. Amma elə rəqib var ki, onunla oynamaq olmur. Belə nəticələr futbolda qaçılmazdır”.
Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın və “Qarabağ”ın sabiq üzvü Əfran İsmayılov deyib.
O, Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”ini keçə bilməməsinə görə həddindən çox tənqdi olunduğunu bildirib: “Biz bu yerlərə gəlib çıxmamışdıq. “Qarabağ” Azərbaycan futbolçu üçün çox, lap çox şeylər edib. İnanmıram ki, hansısa klubumuz "Qarabağ"ın uğurlarını təkrarlasın. “Qarabağ” elə bir klubdur ki, heç vaxt düşünməz ki, bura qədər gəlmişəm, böyük işdir. Əksinə, komanda həmişə daha da irəli getməyi planlayır. Qurban Qurbanovu yaxşı tanıyıram. Hər şey bu illə bitmir. Bunun qarşıdakı illəri də var. Bəlkə, “Qarabağ” gələn il Çempionlar Liqasının qrupuna düşəcək. Futboldur da, dünya dağılmayıb ki. Bunu bu qədər şişirtmək, bu qədər hay-küy salmaq lazım deyil. Azarkeşləri başa düşürəm, onlar hər zaman daha yaxşısını istəyirlər. Amma hər şey onlar düşündükləri kimi deyil. Kim istəməz ki, 1/8 finala çıxıb yeni tarix yazsın? Olmayanda olmur”.
Ə.İsmayılov “Qarabağ”ın yeni transferlərinin komandaya tam uyğunlaşandan sonra daha yaxşı nəticələr qazanacağını bildirib: “Bəzən “Qarabağ”ın əsas futbolçularını satmasına görə tənqid edirlər. Amma bir də belə bir şans düşməyəcək axı. Hansı klubumuz transferlərdən bu qədər gəlir əldə etmişdi? Bu da Azərbaycan futbolu üçün bir tarixdir. Bu, klubun gördüyü işlərin bəhrəsidir. Belə bir futbolçunu gətirirlər və böyük bir məbləğ qarşılığında – aldığından 10 qat artığına satırlar. Bu da böyük bir işdir. Bunu da dəyərləndirmək lazımdır. Yəni qələbə istəyənlərin hamısını başa düşürəm, amma bir məğlubiyyəti bu qədər də şişirtmək lazım deyil. Həqiqətən “Qarabağ” Azərbaycan futbolunun gözüdür və böyük işlər görüb. Görə-görə də gedir. Ona görə də bir az səbirli olmaq lazımdır. Yeni transferləri var. Onlar da tam formaya düşəndə gedən oyunçuların yeri görünməyəcək”.
Ə.İsmayılov qeyd edib ki, “Neftçi” ilə oyunda (1:1) “Qarabağ”ın uduzacağını gözləyirmiş: “Mən düşünürdüm ki, belə bir stressdə “Qarabağ” “Neftçi”yə uduzacaq. Komandada böyük ruh düşkünlüyü ola bilərdi. Amma başabaş mübarizə getdi və bir xal qazandılar. Çempionatda bir xal da önəmlidir. “Qarabağ” aşkar şəkildə rəqiblərindən üstündür və inanıram ki, çempion olacaqlar”.
Ramiq Ağaməmmədov
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi