“Mövsümün ikinci yarısına pis başlamamışıq. “Sabah”aa matçı çıxmaq şərtilə digər görüşlərdə yaxşı çıxış etmişik. Düzdür, xallar itirmişik, amma oyunlarımızda eniş yoxdur”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov deyib. Təcrübəli yarımmüdafiəçi hər oyundan sonra baş məşqçi Elmar Baxşıyevin “komandam bundan artığına qadirdir” deməsinə münasibət bildirib: “Bunu təkcə Elmar Baxşıyev yox, bir çox mütəxəssis deyir ki, “Qəbələ” bu gün layiq olduğu yerdə deyil. Çünki oyunumuz yaxşıdır. Demək olar ki, əksər matçlarda hesabda irəli çıxırıq, sonra heç-heçə edirik. Məncə, problem buradadır. Qol vurandan sonra bəlkə də bir az oyunun tempini aşağı salmalıyıq. Qoldan sonra bir az aşağı səviyyədə çıxış edirik. Yəni qola qədər hər şey yaxşı olur, qol vurandan sonra bizdə bir az arxayınlıq yaranır. Məncə, bundan yaxşı çıxış edə bilərik. Baş məşqçimiz komandanın içindədir və görür ki, bundan yaxşısına potensial var. Məsələn, Felipe Santosun hər oyunda 100 faizlik qol imkanı olur, amma istifadə edə bilmir. Məşqdə isə belə olmur. Məncə, getdikcə düzələcək. Ötənilki heyətdən bir neçə futbolçumuz yoxdur. İnanıram ki, sonda istədiyimiz yerdə olacağıq. Komandamız buna qadirdir. İnanıram ki, qarşıda qələbələr olacaq”.
Hazırda turnir cədvəlinin 5-c pilləsində olan “Qəbələ” ölkə kubokunda da mübarizəni davam etdirir. Komanda yarımfinalda “Səbail”lə qarşılaşacaq. A.Məmmədov avrokuboklara getməyin ən qısa yolunun ölkə kuboku olduğunu deyib: “Əlimizdən gələni edəcəyik ki, adımızı finala yazdıraq. Ona görə də hər iki cəbhədə vuruşacağıq. Məqsədimiz Avropada çıxış etməkdir. “Qəbələ”nin yaşaması üçün avrokuboklara düşməsi daha vacibdir. Yəni bu vəsiqəni qazansaq, dərindən nəfəs ala bilərik. Avrokuboklara düşməsək, nə olacaq, artıq bunu fikirləşmək istəmirsən”.
A.Məmmədov Misli Premyer Liqasının 25-ci turunda “Qarabağ”la keçiriləcək oyun haqda da danışıb: “Qarabağ”la bizi çox çətin və maraqlı oyun gözləyir. Bu komanda ilə oyunda adam özünü həqiqətən futbolçu hiss edir. “Qarabağ”la oyunlarımız çox maraqlı olur. Məncə, bu dəfə də belə olacaq. İstədiyimiz nəticəni qazanmağa çalışacağıq. İstəyirik ki, ən azından uduzmayaq. “Qarabağ”la oyunda hər xal bizim üçün önəmlidir”.
Təcrübəli futbolçu hazırda Ağdam klubunda bir neçə zədəli oyunçunun olmasının onlar üçün böyük üstünlük olmadığını deyib: “İnanmıram ki, komandada hansısa problem olsun. Zədəlilərdən heç kim sığortalanmayıb. Mən istəmərəm ki, hansısa rəqibimizdə zədəli və ya xəstə futbolçu olsun ki, bizə qarşı oynamasın. “Qarabağ”dakı zədəlilərə tez sağalmalarını arzu edirəm. Onların hamısı sırada olsa, oyunumuz daha maraqlı olar. Biz heç nəyə baxmamalıyıq, oyuna ciddi hazırlaşmalıyıq. “Qarabağ”ın az qala 3 heyəti var. Bizdən fərqli olaraq heyətləri genişdir.”
Ramiq Ağaməmmədov
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı