Azərbaycanlı futbolçudan Ukraynada iki qol ötürməsi

Azərbaycanlı futbolçudan Ukraynada iki qol ötürməsi
ÖLKƏ FUTBOLU 28 Fevral 2023 / 20:05 3262
-  A +

Ukrayna Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi “Oleksandriya” “Metallist”i qəbul edib. Oyun 3:3 hesabı ilə başa çatıb.

Mustafayev də bu görüşün iştirakçısı olub. U-21 millimizin sabiq üzvü start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu ilk iki qolun ötürməsinin müəllifi də Emil olub.

Qeyd edək ki, “Oleksandriya” hazırda 25 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner