Futzal millimizin heyətində dəyişiklik

Futzal millimizin heyətində dəyişiklik
ÖLKƏ FUTBOLU 28 Fevral 2023 / 10:14 700
-  A +

DÇ-2024-ün əsas mərhələsinə hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Yığmamızın üzvlərindən Amir Shojaei zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, futzal millimiz DÇ-2024-ün əsas mərhələsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner