“Kəpəz”in 6 il gözlədiyi seriya

“Kəpəz”in 6 il gözlədiyi seriya
ÖLKƏ FUTBOLU 27 Fevral 2023 / 10:32 1964
-  A +

“Kəpəz” Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, 23-cü turda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası 24-cü turda “Sumqayıt”a qalib gəlib – 2:1.

Gəncə təmsilçisi Premyer Liqada 6 ildən sonra ardıcıl iki qələbə qazanıb. “Kəpəz”in sonuncu belə uğuru 2016/17 mövsümünə təsadüf edib. 2017-ci aprelində qərblilər ardıcıl 4 matçda üç xal qazanıb. Gəncəlilər 2017/18 mövsümündə və bu çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.

Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.(pfl.az)

Daha çox


Son xəbərlər
topaz banner