Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cül il Azərbaycanda “Heydər Əliyev” ili elan olunub. Bu il may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrində olduğu kimi idmanın inkişafına da böyük töhfə verib.
Heydər Əliyevin diqqətdə saxladığı idman sahələrindən biri də futbol idi. Ulu Öndər xüsusilə SSRİ dövründə Azərbaycanı ümumittifaq yarışlarında təmsil edən “Neftçi"dən qayğısını əsirgəməzdi.
Heydər Əliyevin bu qayğısı ilə əlaqədar həmin dövrün canlı şahidlərindən biri, sovet dövründə müxtəlif vaxtlatda “Neftçi"nin futbolçusu, rəisi olmuş, sabiq idman teleşərhçisi Çingiz İsmayılovla söhbətləşdik.
Çingiz İsmayılov Heydər Əliyev haqqında danışarkən onun futbolu və idmanı dərindən bildiyini vurğulayıb: "Heydər Əliyev nəinki idmanı, kinonu, jurnalistikanı, teatrı da dərindən bilən bir insan idi. İdmanı çox sevirdi. Əl Oyunları Sarayında beynəlxalq yarışlar zamanı Heydər Əliyev oyunlara gəlirdi, tamaşa edirdi. Heydər Əliyev uşaqla uşaq kimi, cavanla cavan kimi danışmağı bacarırdı. Allah onu Azərbaycan üçün yaratmışdı. Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Bakıya qayıtmasaydı, Azərbaycan indi çox ağır vəziyyətdə olardı. Biz Ukraynadan da pis günə düşərdik. Heydər Əliyevin təmkinlə iş görməsi, gələcəyi bilməsi ilə ölkə abadlaşdı. Heydər Əliyevin o vaxt dedikləri həyata keçirildi. Onun oğlu İlham Əliyev bunu etdi... Ümumiyyətlə, Heydər Əliyev futbolu, futbolçuların adını da bilirdi. Heydər Əliyevin fikirləri, arzuları, orduya münasibəti... Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması şəxsən onun xidmətləri arasında idi. Özü də Heydər Əliyev tələb edirdi, amma yekunda tapşırıqlar yerinə yetirilmirdisə, əlbəttə ki, onları tənqid edirdi. Hamı çalışırdı ki, Heydər Əliyev razı qalsın. Allah ona qəni-qəni rəhmət eləsin. Heydər Əliyev Allahın bizə hədiyyəsi idi".
Ç.İsmayılovun sözlərinə görə, Heydər Əliyevin idmanın inkişafı üçün gördüyü işlər "Neftçi"nin də uğur qazanmasına yol açırdı: "Neftçi" Azərbaycanda bütün xalqın sevimlisi idi. Amma 1966-cı ildə güclülər dəstəsində bürünc medal qazanandan sonra "Neftçi" əsas liqanı tərk etdi, A qrupunda oynamağa başladı. 1970-72-ci illərdə idmana həsr olunmuş böyük bir müşavirə keçirildi. Səhv etmirəmsə, bu, Dram Teatrda baş tutmuşdu. Hər yer dolu idi. Orada Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, eyni zamanda Futbolun İnkişafı haqqında Tədbirlər planı qəbul olundu. Daha sonra sonra Komsamol "Hər kolxozun, hər məktəbin sadə idman qurğuları olmalıdır" şüarını əsas götürdü. Kolxozlarda bədən tərbiyəsinin inkişafına diqqət yetirirdilər. Futbol meydançaları tikmişdilər. Futbolun inkişafı üçün Bakı şəhər Maarif Şöbəsinin futbol məktəbi yaradıldı".
Həmsöhbətimiz bildirib ki, 1972-ci ildə "Neftçi" SSRİ-nin güclülər dəstəsini tərk edərkən Heydər Əliyev təşəbbüs göstərərək Bakı klubunun yenidən əsas çempionata qayıtmasını təklif edib: "Neftçi" 1972-ci ildə güclülər dəstəsini tərk edib aşağı liqada oynamağa başlayanda Heydər Əliyev İdman Komitəsinin sədrləri ilə müşavirə keçirdi. Qeyd edildi ki, "Neftçi" güclülər dəstəsinə qayıtmalıdır. Nəhayət, “Neftçi" 1976-cı ildə yenidən güclülər dəstəsinə qayıtdı. Mən həmin vaxt Dövlət Televiziya Komitəsində işləyirdim. Heydər Əliyevin göstərişi ilə "Neftçi"nin SSRİ-nin başqa şəhərlərində olan oyunlarını lentə alırdıq".
Ç. İsmayılov həmin vaxt "Neftçi"nin güclülər dəstəsinə qayıtmasını və Heydər Əliyevin onları təbrik etməsini belə xatırlayıb: "Çempionatın qurtarmasına 1-2 tur qalmış Ukraynanın İvano-Frankovsk şəhərində oyunumuz var idi. Ukrayna komandası ilə qarşılaşırdıq. "Neftçi"nin güclülər dəstəsinə qayıtmağı bu oyundan asılı idi. "Neftçi" bu görüşdə 4:3 hesabı ilə qalib gəldi. Sonra biz mehmanxanaya qayıtdıq. Futbolçular yeməyə getdilər. Belə bir qayda var idi, mən də rəqib klubun rəhbərləri ilə rəsmi yüməkdə olmalı idim. Mən nəsə istəmirdim, Əhməd Ələsgərov və Anatoli Banişevski ilə birlikdə oynadığım futbolçularla getmək istəyirdim. Bir də gördüm oradan deyirlər ki, Bakıdan "Neftçi"nin rəisini istəyirlər. Mən də yuxarı qalxdım. Həmin vaxt "Neftçi"nin baş məşqçisi Gennadi Bondarenko idi. "Neftçi"nin güclülər dəstəsinə qayıtmasına, çempionatın qurtarmasına 2-3 tur qalmış "Neftçi" 2-ci yeri təmin etmişdi. Bundan sonra Bakıda Heydər Əliyev komandanı bir yerə yığdı, təbrik etdi".
Ç.İsmayılov deyir ki, "Neftçi"nin futbolçuları da Heydər Əliyevə böyük rəğbət bəsləyir, görüşlər zamanı ona imzalı top hədiyyə edirdilər: "Heydər Əliyev bizi təbrik edəndə futbolçular da ona öz imzaları olan topu hədiyyə etdilər”.
"Neftçi"nin keçmiş rəisi vurğulayıb ki, Bakı təmsilçisinin ilk bazası da məhz Heydər Əliyevin dövründə tikilib: "Neftçi"nin heç vaxt bazası olmamışdı. Heydər Əliyevin vaxtında "Neftçi"yə baza tikildi. Heydər Əliyev bu işlə maraqlanırdı. O vaxtadək isə futbolçular stadionunun yataqxanasında yatırdılar".
Ç.İsmayılov bildirib ki, Heydər Əliyev idmanın inkişafı ilə yanaşı, idmançıların həyat tərzinin yaxşılaşmasına da töhfə verib: "Bilirsiniz necədir, bir dəfə tapşırıq vermişdi ki, idmançılara ev bağışlanılsın. Çünki futbol elə bir şeydir ki, 30 yaşından sonra heç nə edə bilmirsən, gedib məşqçi işləyirsən. Bir dəfə futbolçukara evlərin verilməsi gecikdirilirdi. Heydər Əliyev sonra bu işlə məşğul oldu və məsələ həllini tapdı. Heydər Əliyev həmişə idmançılarla maraqlanar, onların qayğısına qalardı”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
MOİK - "Cəbrayıl" matçında 5 qol - Video
Azərbaycan millisində isveçrəli baş məşqçi
Cordan Pikfordla yeni müqavilə imzalandı
Fatih Terim bu millini çalışdıra bilər
"Mingəçevir" 3 xalı 3 qolla qazandı - Video
İtaliya kubokunun qalibi qapıçısı ilə müqaviləni uzatd;
"Şahdağ Qusar"dan səfər qələbəsi - Video
Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər
1-ci liqanın 3 oyununda 12 qol
2-ci Liqada 6-cı turun təyinatları açıqlandı
“Bavariya”nın müdafiəçisi Madrid nəhənginə keçir?
“Barselona”dan Messi ilə bağlı nostalji paylaşım
"Real" qapıçı axtarışında
Beyl: "Müflis olmaqdan qorxuram"
Harri Keyn “Tottenhem”ə qayıtma ehtimalını şərh etdi
Klyuvert İndoneziya millisindən getdi
Cavadov Niderland klubunun düşərgəsində
Rafinya “El-Klasiko”nu buraxa bilər
AFFA rəsmisi UEFA-dan təyinat aldı
“İnter”də zədə problemi - Darmian iki matçı buraxacaq
Ən az qol vurduğumuza görə 48-ci yerdəyik
Levandovskiyə müqavilə təklif etməyə hazırlaşırlar
Şahruddin DÇ-2026-da ən çox qurtarış edənlər arasında
“Golden Boy” mükafatının 25 finalçısı - Siyahıda kimlər var?
“Mundiala vəsiqə qazanmasaq, ölkəni tərk edəcəm”
"Sabah" Çempionlar Liqasında ikinci oyununda da uduzdu
Çexiya millisində baş məşqçi istefası
Bu dəfə onu “Real” istəyir
“Səbail” “Zaqatala”ya minimal hesabla qalib gəldi - Video
Kapitan “Bayer”lə oyunda PSJ-yə kömək edə bilməyəcək
Vinisius “Real”dan rekord məbləğdə maaş tələb edir
“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində
“Səbail” 3 xalı 1 qolla qazandı
AFFA Region Liqasında mövsümün püşkü atıldı
“Yuventus”un yeni hədəfi - Milan Şkrinyar
Premyer Liqada 12-ci turun oyun cədvəli açıqlandı
Maradonanı geridə qoydu
Paratiçi yenidən "Tottenhem"in idman direktoru oldu
2029-cu ilə qədər “Barselona”da
Misli Premyer Liqasında 11-ci tur "Zəfər turu" adlanacaq
Azərbaycan kubokunda oyunların vaxtı bilindi
Messi gənc futbolçular üçün turnir təşkil edir
AFFA baş məşqçini yenə cəzalandırdı - 4 oyunluq
İspaniya millisi 29 oyundur uduzmur