“İnter”də zədə problemi - Darmian iki matçı buraxacaq

“İnter”də zədə problemi - Darmian iki matçı buraxacaq
DÜNYA FUTBOLU 16 Oktyabr 2025 / 11:40 755
-  A +

İtaliyanın “İnter” klubunun təcrübəli müdafiəçisi Matteo Darmian sıradan çıxıb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun sol ayaq əzələsində zədə aşkar edilib.

Bu səbəbdən o, komandanın  A Seriyasında “Roma”ya, Çempionlar Liqasında isə  “Union”a qarşı keçiriləcək görüşlərini buraxacaq.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm Milan təmsilçisinin heyətində 2 matçda iştirak etsə də, qol vurmağı bacarmayıb. 

Xatırladaq ki, hazırda klub İtaliya çempionatında 6 turdan sonra 12 xalla dördüncü pillədədir.


Qarabağ FK
Son xəbərlər
17.10.26  12:00

Mbappe 500-ə çatdı

topaz banner