Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasındadır.
QOL.az bu barədə UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir.
31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda geridə qalan 4 matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib. Bu, orta hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya komandasının oyunçusu Stole Dimitriyevskİ də 19 dəfə komandasının xilaskarı olub.
Hər iki futbolçu bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürür.
Siyahıda ilk pilləni isə 34 seyvlə San-Marino millisindən Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30 seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü