Azarkeşlər klub prezidentini ölümlə təhdid etdilər

Azarkeşlər klub prezidentini ölümlə təhdid etdilər
ÖLKƏ FUTBOLU 26 Fevral 2023 / 09:59 2504
-  A +

"Sampdoriya"nın azarkeşləri komandanın A seriyasındakı uğursuz nəticələrindən sonra klub prezidenti Massimo Ferrero və onun köməkçisi Antonio Romei təhdid ediblər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki,"Sampdoriya" yerli çempionatda 23 oyundan yalnız 2-də qələbə qazanıb. Komanda 5 matçda heç-heçə edib, 16-da uduzub. "Sampdoriya" hazırda 11 xalla 19-cudur.

Aşağı liqaya düşmək təhlükəsi olan "Sampdoriya"nın azarkeşləri bu uğursuzluğun ağrısını klub prezidenti və onun köməkçisindən çıxarmaq qərarına gəliblər. Belə ki, fanatlaq ağlasığmaz bir hadisəyə imza ataraq klubun binasına içində kəsilmiş donuz başı olan qutu göndəriblər. Qutunun üzərində isə bunlar yazılıb: "Növbəti sizin başlarınız olacaq!"

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner