"Uğursuzluqlar hər zaman dərs olur" - Musa Qurbanlı

"Uğursuzluqlar hər zaman dərs olur" - Musa Qurbanlı
ÖLKƏ FUTBOLU 25 Fevral 2023 / 11:58 2774
-  A +

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab oyunu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, hücumçu penaltilərdə uduzduqları matç haqqında yazıb:

"Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq".

Xatırladaq ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Gent"i məğlub etsə də, cavab matçında Belçika təmsilçisinə uduzub (0:1, penaltilər 3:5) və mübarizəni dayandırıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner