"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunda evdə "Zirə"yə uduzduqları matçdan (0:2) sonra mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- Oyun baxımından narahatlıq yoxdur. Matç bizim üstünlüymüz şəraitində keçdi. Qol vəziyyətlərimiz var idi. Matçın kritik vaxtında standart vəziyyətdən qol buraxdıq. Üzücü məğlubiyyət oldu. Özümüz üçün də maraqlı idi ki, yuxarı pillələrdə qərarlaşan komandalarla necə mübarizə aparacağıq. Bu komandanın ustalıq səviyyəsi öz sözünü dedi. Qarşıda çox matç var. Belə matçlarda, belə təzyiqdə qərar verməkləri futbolçuların inkişafı üçün vacibdir.
- Piruzinin olmaması oyunda hiss edilirdi. Sizin bu barədə fikriniz necədir?
- Piruzi son zamanlar oynadığımız oyunun əsas fiqurlarından biri idi. Hər futbolçunun itkisi bizim üçün çətinlik yaradır. "Sabah"la çətin matçdan sonra yorğunluğa görə ilk hissədə istədiyimiz təzyiqi edə bilmədik.
- Bəs, Eltun Turabov və Faiq Hacıyevin əsas heyətdə olması nə ilə bağlı idi?
- Yarımmüdafiənin mərkəzində Piruzini əvəzinə dağıdıcı oyunçu buraxmaq lazım idi. Belə rəqibə qarşı Eltunun oynamasını uyğun bildik. Faiqin də çox yaxşı oyunları olub. 4-5 gündən bir rotasiyalar lazımdır. Gümrah futbolçulara ehtiyacımız olur.
- "Zirə" ilə xal fərqini azaltmağınız üçün yaxşı fürsətiniz var idi. Bu məğlubiyyətdən sonra avrokuboklara vəsiqə qazanmaq şansınızı itirdiyinizi düşünürsüz?
- Belə vəziyyətlə ikinci dəfə idi üzləşirdik. Bir dəfə də "Zirə" ilə xal fərqini azaltmaq imkanı yaranmışdı, onda alınmadı. Belə matçlarda futbolçuların ustalığı önə çıxır. Biz də istəyərdik qələbə qazanaq. Ancaq bu il məqsədlərimiz başqadır. Qarşımıza avrokubok hədəfi qoymamışıq.
- Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla danışıqlar başlayıb?
- Rəhbərliklə növbəti mövsümlə bağlı danışıqlarımız olub. Çempionatda iddialı olmaq çox böyük büdcə tələb edir. 5-6 komanda var ki, onlarla mübarizə aparmağımız asan deyil. Gələn il çempionat daha çətin olacaq. Lazım olan addımları atacağıq. Öncə büdcəmiz bəlli olmalıdır.
- Sanki iddiasız mübarizə mübarizə aparırsınız. Qarşınızda hədəf yoxdur. Bu, futbolçuları motivasiya etməyə necə təsir edir?
- Bizdə hər məşqçiyə sual verirlər ki, niyə avrokuboklar üçün oynamırsız? Biri var büdcən yaxşıdır, avrokuboklara vəsiqə tələb edilir. Bir də var bizim kimi. Belə müqayisə aparmaq düzgün deyil. Biz inkişaf etmək istəyirik. Bu gün bölgəyə futbol gəlib. Əlbəttə, vaxtı gələndə, hazır olanda, qarşımıza avrokuboklar hədəfi qoyacağıq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi