"Neftçi"nin futbolçusu Mateus Saldanya klubun televiziyasına açıqlama verib.
Qol.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"la səfərdə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb:
"Həftəboyu üzərimizdə yaxşı çalışırıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq komandam üçün xeyirli futbolçu ola biləcəm. Vurduğum qollardan sonra özümə inamım artıb. "Qarabağ"la oyunda qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm. Bu da alınmasa, ən azından qol ötürməsi edərək komandama kömək olmağa çalışacağam. “Qarabağ”ın Konfrans Liqasındakı son oyunlarını da izləmişəm. Özlüyümdə analiz etmişəm, onlara qarşı necə oynamaq lazım olduğunu bilirəm".
Qeyd edək ki, fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Neftçi” görüşü saat 20:00-da başlayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi