"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubun saytına müsahibə verib.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirib:
- Bizim üçün çətin oyun olacaq. Hər halda, "Qarabağ"a qarşı oynayacağıq. Onlar Konfrans Liqasının oyunundan qayıdıblar, yüksək motivasiyada olacaqlar. Sözün əsl mənasında istəyirdim ki, "Qarabağ" qalib gələrək növbəti mərhələyə adlasın, daha rahat olsun. Amma hazırda nəticəni bilirik, ona görə də, derbi bizim üçün daha da çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Dörd oyundur ki, stabil olaraq eyni heyətlə meydana çıxırsınız. “Qarabağ"a qarşı dabu heyətlə oynayacaqsız?
- Axırıncı oyundan sonra bəzi problemlər var idi. Onu aradan qaldıra bildik. Kilan Lebon, Höccət Haqverdinin problemi yaranmışdı, məşq etmirdilər. Düzdür, Eddi İsrafilov qayıdıb, amma hələ 100 faiz hazır deyil. Oyuna qədər üç günümüz var. Çalışacağıq ki, “Qarabağ”la oyun üçün ən yaxşı "11-liy"i seçək.
- Komandada vəziyyət necədir? Futbolçular “Qarabağ”la oyuna tam hazırdırlar?
- Düşünürəm ki, komandam hazırdır. Onlar oyuna daha da çox köklənməlidirlər. Son turda evdə oynadığımız oyunun daha da artığını “Qarabağ”a qarşı verməlidirlər. Əlbəttə ki, bunu edə bilsələr, öhdəsindən gəlsələr, bizim üçün pozitiv nəticə olacaq.
- Bu mövsüm “Qarabağ”a qarşı 2 oyun keçirmisiniz, hər 2 görüşdə uduzmusunuz. Həmin məğlubiyyətlərdən nəticə çıxarmısınız? “Azersun Arena”da ən pis halda heç-heçəyə ümid edə bilərsiniz?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Uduzmaq istəmirik. Bilirik ki, “Qarabağ”a qarşı keçirilən son iki görüşdə məğlub olmuşuq. Çalışacağıq ki, daha yaxşı oynayaq.
- Ardıcıl dörd oyundur ki, top buraxmırsınız. Müdafiə və qapıçının inamlı olduğunu qeyd etmək lazımdır. Bu haqda fikriniz necədir?
- Bu oyuna hazırlaşırıq, bu oyundan sonra sonra səviyyəmizi biləcəyik. Ümid edirəm ki, bu matçda da qapımızda qol görmərik və bu yolda da yolumuza davam edərik.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi