"Oyunumuz yaxşı alınır. Amma bəzən təcrübəsizlikdən qollar buraxırıq. Qış fasiləsinə qədər vacib xallar toplaya bildik. Ötən il yaxşı oyunlar keçirdik".
Bu sözləri Qol.az-a açıqlamasında "Şamaxı"nın hücumçusu Amil Yunanov deyib.
O, komandasının və öz oyununu dəyərləndirib: "İlk oyunda qələbə qazansaq da, davamını gətirə bilmədik. Əsas rəqiblərimizə uduzduq. Bununla belə ruhdan düşmürük. Qarşıda çoxlu oyunlar var. Özümüzü toparlayıb növbəti matçlarda xal və xallar qazanacağıq. Bildiyiniz kimi, əməliyyatdan sonra uzun müddət oynaya bilmədim. Artıq meydana qayıtmağa başlayıram. Bundan sonra məni oyunda tez-tez görəcəksiniz".
Amil Yunanov "Şamaxı"nın legionersiz çıxış etməsini üstünlük adlandırıb: "Komandanın legionersiz oynamasının matçlara heç bir təsiri yoxdur. Gənclərdən ibarət kollektivimiz var. İnanın ki, legionerlərdənsə öz futbolçularımızın oynamağı daha yaxşıdır. Qoy həm uşaqlarımız qazansın, həm də Azərbaycan futbolu. Çempionatda da yaxşı rəqabət gedir. Həm üst, həm də son pillələrdə qərarlaşan komandalar arasında maraqlı çempionat keçir".
Amil Yunanov Misli Premyer Liqasının 24-cü turunda "Sabah"la keçiriləcək matç barədə də fikirlərini bölüşüb: "Sabah" əla komandadır. Öz meydanımızda oynayacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Amil Yunanov komanda yoldaşı Bahadur Həziyevin "Lionel Messidən ilhamlanıram" ifadəsinə də münasibət bildirib və bəyəndiyi 9 nömrəli oyunçuları açıqlayıb: "Messi də Bahadurdan ilhamlanır (gülür). Şəxsən mən heç bir xarici futbolçudan ilhamlanmıram. Bəyəndiyim 9 nömrəli futbolçular arasında Ronaldo Nazario, Kərim Benzema, Robert Levandovski, Edinson Kavani, Luis Suarez kimi hücumçular var. Oyun üslubumu heç kimin tərzinə bənzətmirlər. 9 nömrə olaraq potensialım barədə heç nə deyə bilmərəm. Komanda üçün əlimdən gələni etməyə çalışıram".
Yunanov Konfrans Liqasının pley-off mərhələsində sabah keçiriləcək "Gent" - "Qarabağ" cavab matçı haqqında da danışıb: "Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, turu keçən tərəf olacaq. Məncə, Ağdam təmsilçisinin şansı daha çoxdur".
Azad Nuriyev
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi