"Neftçi"nin futbolçusu Kenni Sayef ötən həftə Bakıda "Gent"in baş məşqçisi Heyn Vanhazebruk ilə görüşüb. Görüş Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la matçdan əvvəl baş verib.
Qol.az xəbər verir ki, bu barədə futbolçu özü Belçikanın "Nieuwsblad" nəşrinə müsahibəsində bildirib. 29 yaşlı yarımmüdafəçi 2014-18-ci illərdə "Gent"də çıxış edib. Onun görüşünə də keçmiş klubu ilə yaxınlığı səbəb olub.
"Mən futbolçularla görüşüb onların hazırlığına mane olmaq istəmədim. Amma baş məşqçi və onun heyəti ilə bir araya gəldim. Mən indiyə qədər də Daniel Miliçeviçlə ("Gent"in məşqçisi) danışıram. Biz əsl dostlarıq. Odur ki, onu yenidən görmək xoş oldu" - deyə Sayef bildirib.
Amerikalı oyunçu "Qarabağ"ın "Gent"ə 1:0 hesabı ilə qalib gəldiyi görüşü izlədiyini də söyləyib: "Əlbəttə, oyuna baxdım. Birinci hissədə "Gent"in bir neçə yaxşı imkanı oldu. Təəssüf ki, onlar qol vura bilmədilər. Səfərdə "Qarabağ"a 0:1 hesabla uduzmaq pis nəticə deyil. "Nant" burda (Bakıda) ciddi məğlubiyyətlə üzləşdi. Əlbəttə, "Gent"in mərhələ adlamaq şansı var. Onlar öz meydanında, azarkeşləri önündə böyük uğur qazana bilirlər".
Sayef "Qarabağ"a ehtiyatla yanaşmağın vacibliyini bildirsə də, "Gent"ə inandığını da söyləyib: "Onlar bu mövsüm nəyə qadir olduqlarını göstəriblər. Amma mən əvvəlkitək "Gent"ə, baş məşqçi Heyn Vanhazebruka inanıram. Siz güvənin ki, o, vəziyyəti dəyişmək üçün taktiki variantlar düşünəcək. Azarkeşlərinin dəstəyi sayəsində isə "Gent" çox şey edə bilər. Mən orada oynayanda bir çox komandanı məğlub etmişik. İndi "Gent" niyə də "Qarabağ"a qalib gəlməsin?".
Sayef özünün hazırkı karyerası barədə də danışıb.
"Burada çox çalışır, tənbəllik etmirəm. Son illər aldığım zədələrdən sonra indi karyeramda yaxşı bir mərhələdir. Ümid edirəm ki, bir gün Belçikaya qayıdacağam. Hazırda fevral ayıdır. Mənim hesabımda 7 qol və 8 qolun ötürməsi var. Hamıya sübut etmək istəyirəm ki, yenidən formadayam. Şükür ki, iki ildir zədəm yoxdur, sağlamam".
Xatırladaq ki, "Qarabağ"la "Gent" arasında cavab görüşü fevralın 23-də Belçikada keçiriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi