"Sabah"dan ayrılaraq Belarus "Minsk"inə keçən Aleksandr Naçayev yerli "Pressball" nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, 28 yaşlı qapıçı Azərbaycan klubları, buradakı həyat tərzi və başqa mövzular haqda danışıb.
Naçayev bildirib ki, Azərbaycanda futbolçuların nizam-intizamı belaruslulara nisbətən daha yaxşıdır: "Azərbaycan Premyer Liqasında həm infrastruktur, həm də maliyyə baxımından müxtəlif şəraitli klublar var. İlk beşlikdə qərarlaşan komandaların məhsuldar iş üçün lazım olan hər şeyi var. Ancaq elit klubların stadionu, meydançası yaxşıdır. Meydançalar həm təbii, həm də süni ola bilir. Bu da istənilən oyunçu üçün vacibdir. Azərbaycanda çoxlu legionerlər var. Bu, o deməkdir ki, klubların müvafiq imkanları var. Gənc futbolçular həm texniki, həm də taktiki cəhətdən yaxşı təchiz olunublar. Qeyd edim ki, belaruslu futbolçularla müqayisədə onların nizam-intizamı daha yaxşıdır. Futboldan danışsaq, o da".
Naçayev əlavə edib ki, Türkiyə klublarından birinə keçmək və ya "Rux"da qalmaq variantları olsa da, sonda "Sabah"ı seçib: "Azərbaycandan təklif gələnə qədər karyeramı Türkiyədə davam etdirmək imkanım olub, lakin "Rux" ilə müqaviləm qüvvədə olduğuna görə Bosfor və Çanaqqala sahillərinə köçməyim baş tutmadı. Bundan sonra "Sabah" diqqətimi çəkdi. Təklif gözlənilməz oldu. Biz artıq "Rux"la yeni müqavilənin şərtlərində razılaşmışdıq, bir neçə günə imzalamalı idim. Və qəfildən üfüqdə Bakı klubu variantı göründü".
Belaruslu qapıçı "Sabah"ın çempionluq uğrunda mübarizə aparmasını da vurğulayıb: "Yeri gəlmişkən, bu gün “Sabah” çempionluq uğrunda mübarizə aparır. Komandanın əla iş şəraiti, yüksək keyfiyyətli infrastrukturu var. Ən əsası isə, güclü komanda qurulub. Futbola müasir baxışa malik güclü məşqçilər, təcrübəli futbolçular, eləcə də gənc, iddialı oyunçular... "Sabah" beynəlmiləldir, çoxlu legionerləri var. Eyni zamanda, Azərbaycanda olduğum müddətdə, dil, mentalitet kimi problemlərlə qarşılaşmadım. Açığı, karyeramı "Sabah"da davam etdirməyimdə komandaya rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçilik etməsi həlledici rol oynadı".
Naçayev deyib ki, "Sabah"a gələrkən buradakı insanlar onu mehriban və istiqanlı şəkildə qarşılayıblar: “Sabah”ın yerləşdiyi Bakı şəhəri məni mehriban və istiqanlı şəkildə qarşıladı. Bakıda keçirdiyim vaxt haqqında müsbət təəssüratlarım var. Mən bir çox ölkələrdə olmuşam. Lakin heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm. Azərbaycan mentalitetini belaruslarla müqayisə etsək, fərq hiss olunur. Əgər yenidən Bakıya uçsam, bu, ən yaxşı dostumu ziyarət etmək kimi olar, başqa cür deyil. Ən güclü duyğu insanlardır".
Qeyd edək ki, A.Naçayev 2022-ci ilin yanvarında “Rux”dan "Sabah"a transfer olunmuşdu. O, qış transfer pəncərəsində paytaxt klubundan ayrılıb və daha sonra "Minsk"ə keçib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə
"Fənərbaxça"nın futbolçusu Braziliya klubuna keçir
İspaniya Superkubokunun oyunları İstanbulda
Daha bir ölkə İnfantinoya dəstəyini geri çəkdi
"Şəfa"nın 19-cu transferi fransalı oldu
Doku daha 5 il "Mançester Siti"də
La Liqada çipli toplardan istifadə olunacaq
Zidan Bartezi də milliyə gətirdi
"Araz-Naxçıvan"a qayıtdı
Mövsümün ilk turunun hakimləri müəyyənləşdi
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
Enrike Fergüsona çatdı
Mikels qardaşlarından biri Malta klubuna keçdi