“Sabah” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb.
Qol.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda 23-cü turda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.
Bununla da Bakı klubunun Premyer Liqadakı məğlubiyyətsizliyi sona çatıb. “Sabah” həm ümumi, həm də ev matçlarındakı seriyasını davam etdirə bilməyib.
2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər matçında 3:4 hesabı ilə uduzan paytaxt təmsilçisi ardıcıl 16 oyunda məğlubiyyətlə üzləşməyib. 161 gündən sonra xalsız qalan bakılılar bu müddətdə 12 qələbə qazanıb və 4 heç-heçə edib.
344 gün əvvələ təsadüf edən “Sabah”ın son ev yenilgisi də “Qarabağ”dan alınıb. Ötən mövsüm – 2022-ci il martın 12-dəki görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanıb. Ardınca 15 ev görüşündə uduzmayan paytaxt komandası 11 dəfə qalib gəlib, 4 dəfə sülhlə kifayətlənib.
“Turan Tovuz”a məğlubiyyət həm də Premyer Liqada 50-ci olub. Yüksək dəstədə 5-ci mövsümünü keçirən “Sabah” 127-ci görüşdə yenilgi sayında “100”ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi