“Turan Tovuz” Misli Premyer Liqasının 23-cü turunda ilklərə imza atıb.
Qol.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.
Komanda ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.
Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi