"Futbolçularıma təşəkükr edirəm. Çox yaxşı mübarizə apardılar. Son turda gözlənilməz və məyusedici şəkildə udumuşduq. "Qarabağ" isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Matça istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından bir xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir. Xala layiq idik, amma uduzduq".
Baş məşqçi Toni Qomeşi ehtiyatda saxlamasının belə izah edib: "İki-üç futbolçumuz var ki, onları əsas heyətdə meydana buraxmaq istəyərəm. Amma rəqabətdir. Hansısa futbolçuya keyfiyyətinə görə üstünlük verirsən. Bu gün Rüstəmə üstünlük verdik. İkisi arasında seçim edirdik. Toni soldan daha effektivdir. Orada rəqabət yüksəkdir. Toniyə daha çox şans vermək istəyirəm. Məşqlərdə də özünü yaxşı göstərir. Oyun elə gedirdi ki, dəyşiklik oyunu sındırardı. Ona görə sonda şans verdim. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Məcbur idik müdafiəni düşünüb, əks-hücumlarda rəqibi yaxalayaq. Eldar Quliyev epizoddan daha yaxşı istifadə etsəydi, qolla nəticələnərdi".
R.Sadıqov yeni transfer Eldar Quliyevin çıxışı ilə bağlı da fikirlərini bildirib: "Eldar hələ hazır deyil. Son rəsmi oyununu noyabrın sonunda oynayıb. Toplanış da keçməyib. Bu gün şans verdim ki, çempionatımızı hiss etsin. Hərəkətli futbolçudur. Hücumları yaxşı bacarır deyə fikirləşdim ki, həm müdafiədə, həm də əks-hücumlarda faydalı olar. Əslində, effekt vermişdi. Bəlkə də, qol epizodunda daha erkən zərbə vura bilərdi. Bu gün meydanda göstərdikləri məni sevindirdi".
Baş məşqçi bu mövsüm "Qarabağ"a qarşı ən yaxşı oyunlarını oynadıqlarını bildirib: "Bu il bir matçda böyük hesabla uduzmuşduq, birində də heç-heçə olmuşdu. Bu gün imkanlarımız da var idi. Əks-hücumlarımız olurdu. istifadə edə bilmədik. Son 7-8 oyunu yaxşı keçiririk. Bircə "Səbail"lə zəif idik. Söz vermişəm ki, danışmayacam. Səbrli olmalıyıq".
R.Sadıqov Eldar Quliyevin gələcəkdə yerli pasportla oynaya biləcəyi haqda sualı da cavablandırıb: "Onu transfer etdikdə, özünə də demişdim ki, yerli gözü ilə transfer etmirəm. Bir ildir ki, istəyirdim onu. Sevinirəm ki, bizə gəldi. Azərbaycanı seçib oynasa, bir azərbaycanlı kimi məni sevindirəcək. Legioner kimi də oynasa, buna özü qərar verəcək. İstəyərəm ki, millimizdə oynasın. İstedadlıdır. Son illərdə onun kimi istedadlı oyunçuları milliyə qazandırmışıq. Eldarın da onlardan biri olmasını istəyərdim"..
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi