Misli Premyer Liqasının 23-cü turunda hazırda "Turan Tovuz"la qarşılaşan “Sabah”ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alıb.
Qol.az xəbər verir ki, matçın 35-ci dəqiqəsində paytaxt klubunun qapısına penalti təyin edilib. Baş hakim Kamal Umudluya etirazını sərt şəkildə bildirən rusiyalı mütəxəssis ardıcıl iki sarı vərəqə alaraq texniki zonadan qovulub. Bundan sonra əsəblərinə hakim ola bilməyən Musayev meydana girərək, hakimin üzərinə gedib. Məşqçi və futbolçuların müdaxiləsindən sonra Musayev meydanı tərk edib.
"Turan Tovuz"un futbolçusu Ayxan Quseynov isə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi