“Qolların sayına və hesaba baxanda, yaxşı oyun oldu. Amma bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Çoxlu epizodlar var ki, harada daha sürətli və ya sadə oynamalıyıq. Daha çox qapıya tərəf yönəlməliyik. Müdafiədə bəzi epizodlar var ki, daha ağıllı davranmalıyıq. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Ümid edirəm ki, bütün futbolçularım fiziki cəhətdən 100 faiz daha yaxşı olacaqlar. Bununla da, onlar özlərini məşqlərdə daha yaxşı göstərəcəklər. Belədə, komandada keyfiyyət də artacaq”.
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqanın 23-cü turunun "Səbail"lə oyunundan (3:0) sonra deyib.
Rumıniyalı mütəxsəssis ilk penaltini Emin Mahmudovun deyil, Kenni Sayefin yerinə yetirməsi haqda bunları söyləyib: “Mən bunu şərh etmək istəmirəm. Bizdə komandadaxili qaydalar var. Hamı bilir ki, penaltini kim vurur. Emin qərar verdi ki, penaltini Kenniyə versin. Əgər Kenni vurmasaydı, Emini cəzalandıracaqdım. Bu, çox sadədir”.
“Neftçi”nin çalışdırıcısı növbəti turda qarşılaşacaqları “Qarabağ”ın Konfrans Liqasında mərhələ adlamasını istədiyini bildirib: "Qarabağ" böyük təcrübəyə malikdir. Əminliklə deyə bilərəm ki, bizə qarşı yaxşı oynayacaqlar. Azərbaycan və hamı üçün istəyərdim ki, "Qarabağ" növbəti mərhələyə adlasın. Bu, futbol, imic və hər şey üçün çox vacibdir. Bizim üçün çətin olacaq. Ümid edirəm ki, onlar üçün də çətin olacaq. Qələbə qazanmaq istəyiriksə, rəqibə problemlər yaratmalıyıq. Aqressiv və daha sürətli oynamalı, müdafiədə diqqətli oynamalıyıq. Bugünkü oyunla müqayisədə, "Qarabağ"la daha yaxşı oynamalıyıq. Əgər pozitiv nəticə istəyiriksə. Bu, mümkündür”.
Regekampf son turlar eyni “11-lik”lə meydana çıxmalarını komandası üçün üstünlük sayır: “Məncə, belədə rəqiblər üçün daha da çətin olacaq. İlk dəfədir ki, bütün oyunçular sərəncamımdadır. Oyunçular bir-birini tanımağa başlayıb. Meydanda nə etmək lazım olduğunu artıq bilirlər. Vacib amil budur ki, birlikdə oynamağa daha çox şans əldə etsinlər. Bugünə kimi bu cür halla rastlaşmamışdıq. Zədələrə görə belə idi. Əvvəldən bizi fərqləndirən budur. Zədəlilərimiz çox idi deyə, oyunlara tam heyətlə çıxa bilmirdik. Rəqiblər də bizi analiz etməlidir. Biz də artıracağıq, yeni nələrsə edəcəyik. Əlimizdən gələni edəcəyik ki, rəqibin müdafiəsini yaraq”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi