Şahin Diniyev: "Neftçi" pik nöqtəyə gəlməyib"

Şahin Diniyev: "Neftçi" pik nöqtəyə gəlməyib"
ÖLKƏ FUTBOLU 18 Fevral 2023 / 20:02 2329
-  A +

“Dinamik oyun oldu, qarşılıqlı hücumlar şəraitində keçdi. Yəqin ki, matç azarkeşlərin xoşuna gəldi. Ən razı qaldığım oyun idi. Hesab oyuna görə olmadı. Tez verilən penaltilər komandanı yıxmadı. 0:2 və ya 0:3-ün önəmi yox idi. Uduzsaq da, ağıllı futbol oynadıq. "Nefçti" kimi komandaya qarşı hücum futbolu sərgilədik. Sadəcə keyfiyyət və kreativlik çatmadı. "Neftçi" keyfiyyət hesabına bir qol vurdu. Penaltidən isə iki dəfə fərqləndilər. Mənim üçün əsas olan oyundur. Belə oynamağa davam etsək, xallar qazanacağıq. “Neftçi”ni təbrik edirəm. Ustalıq hesabına oyunun taleyini həll etdilər. Komandam bu gün həqiqətən futbol oynadı”.

Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis futbolçularına inandığını bildirib: “Onların keçmiş oyunları ilə indiki arasında fərq var. Oyundan-oyuna özünəinam gəldikcə, yaxşı olacaq. Bu cür oyunçularla böyük işlər görməliyik. Futbolçularıma inanıram. Ən əsası qol vəziyyətlərini yarada bilirik. Qalıb onlardan istifadə etmək. Hər bir futbolçuma güvənirəm. Potensialları daha çoxdur. Oyundan-oyuna komanda artıracaq. Xallar da gələcək. 0:3 deyəndə, sanki komanda darmadağın oldu. Amma belə deyil”.

Çalışdırıcı Qustavo de Fransanın əvəzlənməsinə də toxunub: "Bu həftə iki məşq buraxmışdı. Zədəsi var idi. Çalışdıq ki, ayaqüstə qalsın. Amma bir yarı oynadı. Yükləndikcə zədəsi öz sözünü deyirdi. Zədəyə görə əvəzlədik. Elmir Tağıyevi sarı vərəqəyə görə əvəzlədik".

Diniyev “Zirə” ilə oyundan sonra demişdiniz ki, çempionatda üç komanda yaxşı oynayır - "Sabah", "Qarabağ", "Zirə". Bəs, "Neftçi" haqda fikriniz necədir” sualını belə cavablandırıb: “Fikrimdə qalıram. "Neftçi" pik nöqtəyə gəlməyib. Erkən qollar buraxmasaydıq, daha başqa cür olardı. "Neftçi"nin potensialı yüksəkdir”.

Məğlubiyyətə baxmayaraq, baş məşqçi futbolçularına hər hansı şəkildə cəza verməyəcəyini qeyd edib: “Kimisə cəzalandırsaq, əvəzedici heyətə göndərsək, ab-hava pozulacaq. Zədələr, cəzalar var. Transferimiz keyfiyyətlidirlər. Komandaya elə-belə gəlməyiblər. İlkinin və Matiyanın səviyyəsi göz önündədir. Onlar bizə kömək edəcəklər. Adaptasiya olsalar, yaxşı gedəcək. Bugünkü durumda dəqiq nəyisə etmək çətindir. David Qomisin də zədəsi var idi. Matiya və İlkində də yanılmamışıq”.

O, qapılarına 2 penalti təyin olunmasına baxmayaraq, hakimliklən şikayətlənməyib: “Epizodlara baxmamışam. VAR-da var. Şikayət etmirəm ki, niyə iki penalti oldu. Hakimlikdən razıyam. Ola bilər ki, oyun ərzində emosionallıq göstərim. Amma sakit başla fikirləşəndə, düşünürəm ki, var idi deyə, verdilər. Dünyanın hər yerində kiçik və böyük komanda oynayanda, simpatiya olur. Hər halda, VAR-a baxdıqdan sonra verdilər. Amma penaltilər yersiz idi. Müdafiədə aha sıx oynamalıydıq. Fərdi səhvlər hesabına penaltilər oldu”.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Son xəbərlər
topaz banner