“Açığı, bu nəticəyə görə üzülürük. Fikirləşirəm ki, qapımızda gördüyümüz ikinci qol oyunun qırılma nöqtəsi oldu. Fasilədə futbolçuları yaxşı motivasiya etmişdik. Lakin ikinci qoldan sonra demək olar ki, hər şey qırıldı. Düzdür, hesab arasındakı fərqi azaltdıq. Lakin qolu gec vurduq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis qeyd edib ki, buraxılan ikinci qol komandasını “sındırıb”: “Bu, “Zirə” ilə oyunda da başımıza gəldi. 1 mövqedə 2 oyunçu itirmək heç də xoş deyil. İkinci hissəyə çıxanda qol vuracağımıza ümidli idik. Əfsuslar olsun ki, ikinci qol komandanı sındırdı”.
Abasov Qəbələdə oynamağın çətinliyindən söz açıb: “Ümumi götürdükdə ağır oyun keçdi. Qəbələdə oynamaq asan deyil. Matçın ilk dəqiqələrindən çətinlik hiss edirsən. İlk dəfə Qəbələdə meydana çıxan yeni transferlərimiz də yüksəklikdə oynamağın təsirini hiss etdilər”.
O, komandasının birinci hissədə üstün tərəf olduğunu bildirib: “İlk hissədə biz üstün tərəf idik. 2 zərbəmiz dirəkdən dönmüşdü. Rəqibin isə yalnız 1 epizodu oldu, onda da fərqləndilər”.
Abasov matçda rəqibin hesabı açdığı epizodla bağlı dəqiq fikir bildirməyib: “Düzdür, qol epizodu şübhəlidir. Amma epizoda dəqiq baxmaq lazımdır. Baxıb, sonra fikrimizi bildirəcəyik”.
“Sumqayıt”ın çalışdırıcısı növbəti turda onları daha ağır oyun gözlədiyini vurğulayıb: “Təbii ki, bu gün uduzduğumuz üçün məyusuq. Halbuki burdan xalla qayıda bilərdik. Amma əlimizi yanımıza salmağa vaxtımız yoxdu. Hər məğlubiyyət turnir cədvəlində vəziyyəti daha da çətinləşdirir. Növbəti turda evdə “Kəpəz”lə oyunumuz var. Bu görüşə çox ciddi hazırlaşcağıq. Həmin görüş bizim üçün bugünkü matçdan da çətin keçəcək”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi