“Bizi ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt”ın qış fasiləsindən sonra həm nəticələri yaxşılaşıb, həm də oyun planında keyfiyyətli futbol nümayiş etdirirlər. Komandamın bugünkü çıxışından razıyam. 6 turdan sonra qələbə qazandıq. Əvvəlki oyunlarda da 3 xal qazana bilərdik. Lakin buna nail olmaq üçün nəsə çatışmırdı. Bu gün istəyimizə çatdıq. Buna görə komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 23-cü turunda “Sumqayıt” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra deyib.
Mütəxəssis komandasının üzvləri Yaovi Akakpo və Asif Məmmədov barədə danışıb: “Düzdür, keçən oyun Yaovi Akakpoya oynamaq şansı vermişdik. Lakin hələ tam hazır deyil. Bir qədər zamana ehtiyac duyur. Amma məşqlərdə müsbət siqnallar görürük. Növbəti turlarda yəqin ki, daha çox oynamaq imkanı qazana biləcək. O ki qaldı Asifə, futbolçunun həvəsə gəlməsi normaldır. Asif Məmmədov universal futbolçudur. Həm müdafiədə, həm də hücumda komandaya öz köməyini göstərə bilir”.
Baxşıyev matçın sonlarının komandası üçün gərgin keçməsinin səbəbini belə izah edib: “Sondakı gərginlik normaldır. Bir tərəfdən qol epizodları yaratmağımız məni sevindirir. Çünki bunun üçün güc tələb olunur. Lakin digər tərəfdən də yaxalanan epizodları qola çevirmədikcə rəqibə də çox şans verirsən”.
“Qəbələ”nin çalışdırıcısı 4-cü yer uğrunda əsas rəqibləri olan “Zirə”nin sabah “Qarabağ”la görüşdə xal itirmək ehtimalı barədə düşünmədiklərini söyləyib: “Biz öz oyunumuz üzərində dayanmışıq. Ən önəmlisi odur ki, komandamız necə nəticə qazzanacaq. Rəqib xal itirəcək, ya itirməyəcək, bu barədə fiirləşmirik”.
O, komandasında hər hansı bir problem olmadığını vurğulayıb: “Komandada oyun baxımından sıxıntı hiss etmirəm. Bəli, daha yaxşı ola bilərik. “Qəbələ” oyundan-oyuna daha məzmunlu, dominant oyun sərgiləyəcək”.
Elmar Baxşıyev “Sumqayıt”la görüşdə fərqlənən Rafael Utziqdən narazılığının olmadığını qeyd edib: “Qıraqdan bəlkə də Utziqin hansısa problemi görünə bilər. Yəqin problem az qol vurmağıdır. Amma unutmayaq ki, son 3 oyunda 2 qol vurub. Ondan narazılığım yoxdur”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi