“Öncə Türkiyə xalqına təəssüfümüzü, kədərimizi bildirirəm. “Qarabağ” klubu ən acılı günlərimizdə xalqımıza təsəlli olub. Bugünkü qələbə də böyük acımıza kiçik təsəllidir. “Qarabağ” pley-offda qələbə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atdı. Lakin cütün taleyi hələ həll olunmayıb. İndi əsas məsələ cavab oyununda mərhələ adlamaqdır. Mən özüm də fevralın 23-də Belçikada olacağam. Bizim üçün tarixi bir oyundur”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının pley-offunda “Gent”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Qarabağ”ın heç bir futbolçudan asılı olmadığnı bildirib: “Bu gün heyətimizdə çox dəyişikliklər var idi. Zədəlilər, gedənlər oldu. Amma sevinirəm ki, bu gün “Qarabağ” heç bir futbolçudan asılı olmadığını göstərdi. Oyundan əvvəl çoxları heyətdəki dəyişikliklərə görə “Qarabağ”ın vəziyyətindən narahat idi. Göründü ki, artıq “Qarabağ” ənənəsi olan bir Avropa klubudur. Qurban hocanın da bu oyunda məharətini bir daha gördük”.
O, səfərə də qələbə üçün yollanacaqlarını deyib: “Bu oyun bizi ümidləndirdi. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Cavab matçında çox diqqətli olmalıyıq. Hesab edirəm ki, yeni transferlərin bir qədər zamana ehtiyacı olduğu üçün hər oyundan oyuna daha güclü “Qarabağ” görəcəyik. Səfərdə də qələbə qazanmaq istəyirik”.
Tahir Gözəl qələbəni Türkiyə xalqına ərməğan etdiklərini vurğulayıb: “Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”.
Klub prezidenti vurğulayıb ki, vidalaşdıqları futbolçular özləri getmək istəyiblər: “Təşəbbüs futbolçulardan gəlib. İstər Vadji olsun, istər Kadi, istər Ovusu. Qanun da qalmaq istəməyən futbolçunu komandada zorla saxlamağa imkan vermir. Futbolçuların gedişini əngəlləmək üçün onların qarşısında çətinliklər yaradırıq. Məsələn, Kadiyə deyilmişdi ki, minimum 5 milyon avro qarşılığında “Qarabağ”dan gedə bilərsən. Əlimizdən gəldiyi qədər futbolçularla müqvilələrdə klubun xeyrinə olan şərtlər daxil edirik. Amma bir klub bizə 5 milyon avro, futbolçuya da dördqat artıq maaş verirsə, onu heyətdə saxlaya bilmərik. Dubayda təsadüfən Kadi ilə görüşdüm. O dedi ki, “Qarabağ” heç vaxt unuda bilməyəcəyim evimdir. Qurban Qurbanovun liderliyindən, bacarığından, məharətindən danışdı. “Qarabağ”ı “Qarabağ” edən budur. Bu ruh, bu enerji bizdə olduqca komandamıza qoşulan futbolçular burada inkişaf edəcəklər”.
T.Gözəl bu matçda ikinci hissədə meydana çıxan yeni transferlərin çıxışını dəyərləndirib: “Komandaya qısa müddət əvvəl qoşulduqlarını nəzərə alsaq, onlardan razı qaldım. 100 faiz deməzdim. Çünki bunun üçün vaxt lazımdır. Etiraf edim ki, bu gün oyuna həyəcanla baxırdım. Ona görə ki, meydanda yenilənmiş “Qarabağ” var idi”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi