"Çox vacib oyuna çıxırıq. İkinci dəfədir pley-off mərhələsindəyik. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Bunun üçün sabah meydanda hər detalın düzgün istifadə olunmasına çalışacağıq. Bütün futbolçular buna hazırdır".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"i ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"Qarşımızdakı rəqibin özünəməxsus oyun üslubu var. Sürətli futbolçuları var, sürətli oynayırlar. 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Məncə, maraqlı oyun alınacaq. Çox istəyirik ki, azarkeşləri yaxşı oyun, yaxşı nəticə ilə sevindirək. Bəzi risklərə getməliyik. Hər zonada diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı mübarizə aparıb, yaxşı nəticə əldə edək. İlk oyundur. Bəlkə matçın müəyyən hissəsində, müəyyən epizodlarda daha ehtiyatlı olmalıyıq. Çünki cavab görüşü var. Hər halda, sabahkı oyunu düşünürük. Azarkeşlərimizin qarşısında yaxşı mübarizə, yaxşı oyun göstərmək istəyirik" - deyə o bildirib.
Qurbanov onu narahat edən məqamlara da aydınlıq gətirib: "Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı "Qarabağ" gözləyirəm. Buna nail olacağımıza inanıram".
O, yeni transferlər komandaya uyğunlaşmasının çətin olmayacağını vurğulayıb: "Sadəcə hazırlıqları o səviyyədə deyil ki, 90 dəqiqə meydanda mübarizə apara bilsinlər. Kollektivə tam uyğunlaşıblar. Əvvəl sanki utancaqlıq var idi, bizim mentalitetə tam uyğunlaşmamışdılar. Amma get-gedə özlərini daha sərbəst hiss edirlər. Sadəcə əvvəlki performanslarını qaytarmalıdılar ki, bizim də istədiyimiz kimi olsun. Kimin oynayacağı matçın gedişatından asılı olacaq. Sabah səhər də məşqimiz var.Kimin oynayacağı sabah bilinəcək. Yenilərdən kiminsə start heyətində olmaq ehtimalı da var, sonradan meydana çıxmaq ehtimalı da".
Mütəxəssis ilk matçın evdə və ya səfərdə olmasının hər hansı üstünlük olmadığını söyləyib: "Bakıda heç-heçə edib, səfərdə qalib gəldiyimiz qarşılaşmalar olub. Bəlkə də bugünkü durumda evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Ona uyğun addım atmalıyıq".
Q.Qurbanov qapıda Luka Quqeşaşvilinin yoxsa Amin Ramazanovun olacağı ilə bağlı deyib: "Heyətdə çox dəyişiklik oldu. Zədəlilər, komandadan gedənlərə baxsaq, heç də az dəyişiklik deyil. Bu gün 3-4 futbolçumuzun heyətdən kənar olması, bizim üçün asan deyil. Bugünkü "Qarabağ"dan daha yaxşı "Qarabağ"ı gələcəkdə görəcəyik. Oyunumuzu tam formalaşdırmamışıq. Kadi və Ovusunun olmaması, Vadjinin getməsi, Abbasın zədələnməsi..Elə oyunçular var ki, özlərinə tam gəlməyiblər. Bunlar narahat edən məqamlardır. Amma qapıya gəldikdə, sabahkı oyunda hər ikisinin oynamaq ehtimalı var. Tam qərar verməmişəm. Oyunda biləcəksiniz".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi