“Gent”lə matçda “Qarabağ”ın yaxşı hesabla qələbə qazanacağına inanıram. Çünki bu halda Belçikadakı oyunda komandanın üzərinə ağır yük düşməyəcək. Bakıda futbolçular azarkeşi olan 12-ci oyunçunu hiss etməlidirlər".
Bu sözləri Qol.az saytına açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində sabah “Qarabağ” və “Gent” arasında keçiriləcək ilk matç barədə danışarkən Ağdam təmsilçisinin şanslarını qiymətləndirib: “Qarabağ” bu mövsüm yüksək nəticələr göstərdi. Oyun taktikası, topa nəzarət, ağır vəziyyətlərdən çıxmaq bacarığı komandanın səviyyəsini göstərir. Get-gedə həm Çempionlar Liqası, həm Avropa Liqası, həm də Konfrans Liqasında klubların səviyyəsi artır. 5-10 il əvvəl zəif oynayan klublar indi yüksək səviyyəyə çatıb. “Gent”in baş məşqçisi bugünlərdə deyib ki, “Qarabağ”a qarşı ciddi hazırlaşırıq. Onlar Avropada bizi təəccübləndirən oyunlar keçirdi”. Belə baxsaq, Belçika Avropanın mərkəzində yerləşən futbol ölkəsidir. Milli komandalarının 14-15 futbolçusu İspaniyada, Fransada, İngiltərədə oynayır. “Gent” bu qış həm yeni oyunçu alıb, həm də bir neçə futbolçu göndərib. “Qarabağ” son oyunlarında orta xəttdə rotasiyalar edib. Qışda komanda 2 oyunçunu başqa klublara satdı. Buna baxmayaraq, heç bir həyəcan olmamalıdır. Hər bir futbolçu komandada qala da bilər, gedə də. Əsas olan komandanın oyun üslubunu qoruyub saxlamasıdır".
Ağasəlim Mircavadov "Qarabağ"ın yeni transferlərindən də danışıb: “Bir-iki oyunla onlar haqda mülahizə söyləmək olmur. “Qarabağ” legioner seçimində nadir hallarda səhv edir. Mən həmin oyunçuları Antalyada görmüşdüm. Çempionatda isə “Sabah”la matç zamanı oyunlarını izlədim. Hiss olunur ki, keyfiyyətli oyunçulardır. Amma yeni transferlərə zaman lazımdır. “Qarabağ” isə sabah ən vacib oyunlarından birinə çıxacaq. Bu oyunçular “Qarabağ”ın oyun üslubunu, özünün iş əmsalını bilir. Sabahkı qarşılaşmada onlardan ən azı ikisi oynaya bilər. Kadi ölkəyə gələndə düşünürdük ki, bu necə oynayacaq? Amma onun burada necə inkişaf etdiyini gördük. Hər şey oyunçunun özündən, xarakterindən asılıdır. “Qarabağ” platforma tipli kluba çevrilib. Bu, çox gözəl haldır. Komanda tanınmayan oyunçuları alır, onları yetişdirir, daha sonra xarici klublara satır. Klubun büdcəsini artırmaq, daha güclü oyunçular almaq baxımından bu, olduqca vacib amildir”.
75 yaşlı mütəxəssis hazırda zədəli olan Şahruddin Məhəmmədəliyevin yoxluğunda “Qarabağ”ın qapıçı seçimində diqqət etməli olduğu məqamları vurğulayıb: “Hər iki qapıçının (Amin Ramazanov və Luka Quqeşaşvili - red.) oyununu görmüşəm. Qapıçılar üzrə məşqçi Elxan Həsənovdan bu barədə soruşdum. Mənə bildirdi ki, onlar məşqlərdə çox yaxşı çalışırlar. Burada qapıçının özündən də çox şey asılıdır. Ona komanda inanır ya yox?! Bu, vacib amildir. Bir termin var ki, müdafiəçilər qapıçılarla birgə eyni səviyyədə olurlar. Onlar bir-birilərini tez başa düşməlidirlər. Amin Ramazanov son oyunda yaxşı təsir bağışladı. Qapıçı ideal boya malikdir, ayaqları işləkdir. Qapıçılarda əsas amil bir dirəkdən digərinə ayaqlarının cəld şəkildə işlətmək bacarığıdır. Amin Ramazanovda bu keyfiyyətə malikdir. O deməkdir ki, biz gənc qapıçı tapmışıq. Buna görə Qurban Qurbanova öz minnətdarlığımı bildirirəm. Baş məşqçinin bu cür ağır oyunlarda gənc qapıçıya şans verməsi böyük şeydir. Amin Ramazanov özü də oynamaq istəyir. Sadəcə ona kömək lazımdır. “Gent”lə matçda Tofiq Bəhramov adına Respublika Stadionu tam dolu olacaq. Qapıçı azarkeşlərin səsinə öyrəşməlidir. Burada psixoloji amil xüsusi rol oynayır. Məlumdur ki, gənc qapıçını buna hazırlayırlar. Nə komanda, nə də azarkeş qapıda gənc qolkiperin dayanmasına fikir verməməli, onun səhv edib-etməməsindən narahat olmamalıdır. Matç zamanı hamı səhv edə bilər. Əsas olan bu cür səhvləri düzəltməkdir. Şahruddin də gənc idi, oynadı, xarakter göstərdi. Hazırda yığmada da öz sözünü deyir. Gənc qapıçımıza dəstək olmaq lazımdır. “Qarabağ” ona inanmalıdır. Baş məşqçinin onu əsas heyətdə oynatması inamın olduğunu göstərir. Digər qapıçı da təcrübəlidir. Bununla belə, matç günü məşqçilər korpusunun hansı qərarı verəcəyini gözləməliyik".
Azad Nuriyev
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi