“Mən tək özümü yox, bütün heyəti fikirləşirəm. Əsas işim komandaya yaxşı oyunla kömək etməkdir. Bütün komandalarda eniş və yüksəliş dövrü olur. Son matçlarda “Qəbələ” yaxşı oyun sərgiləyir. Sona qədər belə oynasaq, avrokuboklara vəsiqə qazana bilərik”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin qapıçısı Səlahət Ağayev deyib.
31 yaşlı futbolçu Azərbaycan millisinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra yığmaya mümkün dəvəti haqda fikirlər səsləndirib: “İlk olaraq Şahruddinə Allahdan şəfa diləyirəm. O, yaxşı insan, yaxşı qapıçıdır. Onun zədələnməsi həm millimiz, həm də “Qarabağ” üçün böyük itkidir. Milliyə dəvət alıb-almayacağım barədə indidən nəsə deyə bilmərəm. Mənim işim oynamaqdır. Hər bir futbolçu milli komandada çıxış etmək istəyir və yığma üçün canından belə keçməlidir. Milliyə dəvət almağıma gəldikdə, buna yığmanın qapıçılar üzrə məşqçisi Kamran Ağayev qərar verir. Əgər dəvət edərlərsə, canla, başla oynamağa hazıram. Əgər etməsələr, yenə də fikirlərinə hörmətlə yanaşaram”.
Səlahət Ağayev millinin qapıçılar üzrə məşqçisi Kamran Ağayevin gənc qapıçıların inkişafında gördüyü işlər barədə danışıb: “Kamranla məşqçi olmamışdan öncə də yaxşı münasibətim olub. İndi də hər şey yaxşıdır. Zəngləşib danışırıq. Bilirsiniz ki, Kamran futbolçu olduğu dövrdə çılğınlığı ilə seçilirdi. Amma məşqçi kimi məni təəccübləndirib. Kamran öz üzərində hər zaman nəsə öyrənməyə çalışır. Məncə, yaxın zamanlarda qapıçılar üzrə ən yaxşı məşqçilərdən olacaq”.
Qolkiper bu mövsüm Azərbaycan çempionatında çıxış edən gənc qapıçıların oyunlarını dəyərləndirib: “Qarabağ”dan Amin Ramazanovun çıxışlarını izləyirəm. Əla qapıçıdır. Oynadıqca təcrübəsi daha da artacaq. Belə davam etsə, Yusif İmanovla (“Sabah) birlikdə milli komandaya qədər yüksələ bilərlər. Yusif də öz növbəsində yaxşı qapıçıdır. Onu da bəyənirəm. Çatışmayan cəhəti yoxdur. Qapıçıya nə lazımdırsa, Yusifdə var. Sadəcə, təcrübəsi artdıqca daha da yaxşı olacaq. Hər ikisinə uğurlar arzu edirəm”.
Səlahət Ağayev son zamanlar “Qəbələ”dən milliyə çağırılan futbolçuların say azlığı barəsində verilən sualı belə cavablandırıb: “Komandada milliyə layiq futbolçularımız var. Məncə, gələcəkdə onlar göstərdikləri oyunla millinin məşqçilər heyətinin diqqətini cəlb edə biləcəklər. Akademiyanın aşağı yaş qruplarının hamısında çıxış edən oyunçularımız milliyə dəvət alır”.
Azad Nuriyev
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi