“Həmişə olduğu kimi “Qarabağ”ı dəstəkləyirik. İnanıram ki, komanda bu dəfə də özünü doğruldacaq və “Gent”i keçərək azarkeşlərimizi sevindirəcək".
Bu sözləri Qol.az saytına açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. O, Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” oyunu barəsində danışarkən Ağdam təmsilçisinin şanslarını dəyərləndirib: “Bu gün "Qarabağ"da mərhələni adlamaq üçün bu potensial, ruh mövcuddur. Bir sözlə, komanda o səviyyədədir ki, bu gün bizim çempionumuz, “Qarabağ”ımız hətta Avropada TOP-5 ölkələrinin komandalarına qarşı belə layiqli mübarizə apara bilir. "Qarabağ" avrokuboklarda hər zaman özünü ən yaxşı tərəfdən göstərən komandadır".
Vaqif Sadıqov Kadi Borges və Kvabena Ovusunun “Qarabağ”dan gedişinin qarşıdakı matça mümkün təsiri ilə bağlı sualı cavablandırarkən söyləyib: “Biz bir şeyi başa düşməliyik ki, Kadi və Ovusunu Avropada tanıdan, onları bu səviyyəyə çatdıran komanda “Qarabağ”dır. Həmişə vurğulamışam ki, “Qarabağ” hansısa fərdlər üzərində qurulmayıb. Onlar bütov komanda olaraq çox güclüdür. Odur ki, komandadakı birlik hər bir rəqibə qarşı başabaş mübarizə aparmağa imkan verəcək”.
O, Ağdam təmsilçisinin hazırkı qapıçı problemini də dilə gətirib: “Nəzərə alsaq ki, son matçlarda Qurban Qurbanov Amin Ramazanova şans verib, deməli, baş məşqçi bu gənc qapıçıya inamla yanaşır. Bu, həm də Amin üçün yaranan yaxşı bir şansdır. Amin Ramazanov “Gent”lə oyunlarda öz adını böyük hərflərlə yazdıra bilər. Baş məşqçi tərəfindən hazırda bu qapıçıya ümid böyükdürsə, Amin Ramazanov da ona verilən ümidləri doğrultmağa çalışmalıdır".

Vaqif Sadıqov “Qarabağ”ın yeni transferləri barədə də fikirlər səsləndirib: “Ən vacib olan bu transferlərin “Qarabağ”ın oyun üslubuna uyğun futbolçular olmasıdır. Onlar görüntü naminə transferlər həyata keçirmir. Əsas məqsəd “Qarabağ”ın gücünə güc qatmaqdır. Bunun ətrafında transfer siyasəti aparılır. Ovusu da, Kadi də, Andrade də ilk günlərdə özlərini istədikləri tərəfdən göstərə bilmirdilər. Ancaq oyundan-oyuna komandaya uyğunlaşaraq özlərinin ən yaxşı potensiallarını ortaya qoydular. İnanıram ki, yeni transferlər də eyni yolu keçəcək. Bu oyunçuları az bir müddətdə izləyə bildik. Lakin onlar nə qədər səviyyəli, keyfiyyətli oyunçu olduqlarını göstərə biliblər. Hesab edirəm ki, bu transferlər komandaya güc qataraq onun uğuru üçün çalışacaqlar”.
V.Sadıqov “Qarabağ”ın Konfrans Liqasında irəliləmək şanslarını belə şərh edib: “İlk gündən demişəm ki, “Qarabağ” öz oyunu ilə Konfrans Liqasının favoritidir. Sözümün üzərində də dururam. Nə qədər çətin olsa da, komanda finala qədər irəliləyə bilmək gücü var. “Qarabağ”ın bu yolu fəth etməyə gücü çatar. Biz də buna inanmalı, “Qarabağ”ı dəstəkləməli, onun ətrafında birləşməliyik. Komanda bizi hər oyunda sevindirməklə yolunu davam etdirəcək”.
Azad Nuriyev
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi