Belçikanın "Walfoot" nəşrində "Qarabağ" barədə yazı dərc edilib.
Qol.az xəbər verir ki, yazı Konfrans Liqasınnın pley-off mərhələsində bu həftə "Gent"ə qarşı keçiriləcək oyuna həsr olunub. Qeyd edilir ki, "Qarabağ" uzun illərdir Azərbaycan futbolunda hegomunluq edir.
"Bu həftə "Gent" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk matçı oynamaq üçün Azərbaycana yola düşəcək. Rəqib belçikalı azarkeşlərin yaddaşında mənfi xatirələrlə qalıb. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində "Anderlext" "Qarabağ"a məğlub olub. 2011-ci ildə isə "Brügge" də bu komandaya uduzub. O vaxt "Brügge" yalnız ilk matçdakı qələbə sayəsində növbəti mərhələyə adlaya bildi" - deyə yazıda qeyd olunur.
Həmçinin bildirilir ki, 2013/14 mövsümündən başlayaraq, "Qarabağ" Azərbaycan çempionatında liderlik edir. Həmin vaxtdan bugünədək komanda 8 dəfə yarışın qalibi olub. "Onların yaxşı Avropa təcrübəsi də var. 2017-ci ildə "Qarabağ" "pley-off"da "Kopenhagen"ə qalib gələrək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. "Çelsi", "Atletiko" Madrid və "Roma" kimi komandaların yer aldığı qrupda "Qarabağ" 2 xal qazana bildi. Ötən il isə ilk dəfə olaraq avrokubokların final mərhələsində oynadılar. Həmin vaxt komanda Konfrans Liqasının 1/16 finalında "Olimpik" Marsellə qarşılaşdı və iki oyunun nəticəsində 1:6 hesabı məğlub oldu".
Yazıda həmçinin bildirilir ki, "Qarabağ" yerli liqada matçları "Azersun Arena"da (5800 tamaşaçı tutumu) keçirsə də, avrokuboklardakı görüşləri Respublika Stadionunda keçirir. "Adətən, 31 min 200 tamaşaçı tutumu olan arenada avrokubok oyunları zamanı bütün biletlər satılır. "Qarabağ" tarixində artıq ikinci dəfə avrokubokların final mərhələsində oynayacaq. Ona görə də "Gent"in oyunçularını gözləyən atmosfer heç də yaxşı olmayacaq".
Yazı müəllifinin fikrincə, məntiqi baxımdan bu görüşün favoriti "Gent"dir: "Amma biz Azərbaycan komandasını qiymətləndirməyə bilmərik. Onlar Avropada öz tarixləri üçün ən yaxşı nəticələrə imza atmağa çalışırlar".
Xatırladaq ki, "Qarabağ"la "Gent" arasında ilk matç fevralın 16-da Bakıda (başlama saatı yerli vaxtla 21:45), cavab görüşü fevralın 23-ü Belçikada keçiriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi