“Hazırda komandada vəziyyət sabitdir. Ruhdan düşmək söhbəti gedə bilməz. Şamaxıda hava şəraiti ilə əlaqədar məşq edə bilmirik. Biraz çətinliyimiz var. Amma bunu bəhanə etmək olmaz. Komanda şəklində çalışıb xal və xallar qazanacağımıza inanırıq".
Bu sözləri “Şamaxı”nən yarımmüdafiəçisi Bahadur Həziyev Qol.az-a açıqlamasında komandasının qış fasiləsindən sonrakı çıxışı barədə danışarkən deyib.
23 yaşlı oyunçu bölgə təmsilçisinin çempionatda 8-ci yerə layiq olmadığını qeyd edib: “Komandanın bu pillədə olması bizi qane edə bilməz. Biz elə bir futbol oynamırıq ki, bu cür vəziyyətlə barışaq. Heyətdə gənc və istedadlı oyunçular çoxdur. Bununla belə əksər hallarda təcrübə öz sözünü deyir. Dünən “Sumqayıt”la oyunda ani bir səhvdən qol buraxdıq. Yenə də biz oyunumuzu göstərməyə davam etdik. Şanslarımız olsa da bundan istifadə edə bilmədik”.
Bahadur Həziyev legionersiz çıxış edən “Şamaxı”da fərqlənmək imkanlarından, komandadakı ab-havadan söz açıb: “Komandada legionerin olması daha yaxşıdır. Lakin keyfiyyətli legioner heyətdə çıxış etməlidir ki, gənc futbolçular onun təcrübəsindən faydalana bilsin. Daha da çox fərqlənə bilərəm. Niyə də yox? Hər bir futbolçu çıxdığı oyunlarda fərqlənmək istəyir. Baş məşqçi və digər məşqçilərlə münasibətim yaxşıdır. Heç bir problemim yoxdur. Hər şey qaydasındadır. Bəli, komandada çatışmayan cəhətimiz var. Məşqçilər daha diqqətli oynamağımız üçün bunun üzərində çalışır. Kollektiv olaraq çox yaxşı anlaşırıq. Hər oyuna bacardığımız qədər yaxşı, maksimum nəticə qazanmaq üçün çıxırıq. Əlbəttə ki, daha yüksək pillələrdə qərarlaşmaq istəyirik”.
Yarımmüdafiəçi qarşıdan gələn “Kəpəz”lə matç haqqında da fikir bildirib: “Kəpəz”ə qarşı hazırlaşmaq üçün çox az vaxtımız qalıb. Bizi çətin oyun gözləyir. “Sumqayıt”la oyunu unudub, “Kəpəz”ə qarşı keçirəcəyimiz matça köklənmişik”.
Bahadur Həziyev oyun üslubu və bəyəndiyi futbolçu haqqında bunları vurğulayıb: “Oynadığım mövqedə kumirim Lionel Messidir. Oyun üslubumu Messinin tərzinə bənzədirlər”.
Azad Nuriyev
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi