Samir Abasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb.
Qol.az xəbər verir ki, yu yubiley Misli Premyer Liqasının 22-ci turuna təsadüf edib. 45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçınadək “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı.
O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.
Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.
Qeyd edək ki, sumqayıtlılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. (PFL)
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi