Sabiq FIFA referisi Tahir Süleymanov AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin fəaliyyətini tənqid edib.
Qol.az xəbər verir ki, o, özünün Feysbuk səhifəsindəki paylaşımında hakimliklə bağlı problemlərə toxunub. T.Süleymanov bildirib ki, qış fasiləsindən sonra hakim idarəçiliyi/VAR sisteminin tətbiqi ilə bağlı səhvlər artıb: "Bu amillər birbaşa oyunların son nəticələrinə təsir edir! "
Onun sözlərinə görə, kritik anlarda AFFA Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək futbol ictimaiyyəti qarşısına çıxarılır, bir epizoda 15 "variant" söylənilir və emosiyalar növbəti qalmaqallara kimi səngiyir: "Bir-iki baş məşqçi fəryad qoparır, dəstəyi olmayanlar bəzi hallarda öz günahlarından, digər məqamlarda haqsızlıqdan istefaya göndərilir, arxası olanlar isə nəticədən, oyun keyfiyyətindən asılı olmayaraq arxayın halda işlərini davam etdirirlər.
Yaxşı metod tapılıb. Klub rəhbərliyini təmsil edən əksər "baş üstə"lər, futbolu bilməyənlər susur, havadarlarının xoşagəlməz hiyləsiylə vəzifələrini, yerlərini qoruyurlar. Narazılığı, etirazı, problemlərin qabardılmasını isə azarkeşlər, jurnalistlər, ekspertlər edir".
T.Süleymanov bildirib ki, mətbuat konfranslarında hakimliklə bağlı fikir bildirilməsi qadağası da çoxdan unudulub: "Belə durum futbolu yola verənlərə sərfəlidir. Futbolda şimşək çaxmasın deyə, iş başında olanlara, çoxlarına sərf edəcək barış elan olunub. Çempionatda az sayda görüşləri çıxmaq şərtilə səviyyə, oyun keyfiyyəti orta Avropa futbolu ilə müqayisədə çox geriləyib. Futbolun peşəkar tələbləri öz yerində, mənəvi məsuliyyət də yox dərəcəsindədir. Son təyinatlara nəzər yetirdikdə, Barış Şimşək rəsmi inspektor qismində matçlarda görünür. FİFA, UEFA-nın və AFFA-dakı eyni düşüncədə olan rəhbərlərinin əlyerisindən istifadə edilir. Bu məsələdə rəsmi qaydalar imkan verirsə, o demək deyil ki, bundan istifadə edilməlidir. Bacarıqları Barış Şimşəkdən heç də geri qalmayan, ehtiyacı olan yerli mütəxəssislərin 5-10 manatına da göz tikilir. Maaşı, müqaviləsi, təminatı yerində, hər bir şəraiti var Barış bəyin... Məgər oyunlara getmək, hakimləri izləmək üçün mütləq rəsmi inspektor qismində səfərə çıxmalısan?
Rəhbər belə olmur!
Onsuz da oyun sayı azdır, yerlilərin, "qara camaatın" qəpik-quruşuna da göz tikmək türk qardaşımıza yaraşmaz! Ehtiyacı olmadığı halda, belə məqamları özünə yaraşdırıbsa, deməli, niyyət yerində deyil, meydanda hakim idarəçiliyi, obyektivlik düşünülmür, ikinci plandadır. Ölkə futbolunda son illər hakimlik adına münbit şərait yaradılıb. Heç bir təzyiq yox, əksinə, hakimlər düşünmədən özləri oyunlarda aqressivlik yaradır, meydanlarda hegemonluq iddiasına düşürlər. Barış Şimşəklə yanaşı tərcüməçi/departament rəhbəri(!) də xurcununu çiyninə atıb mövcud duruma "bu oyun mənim, o oyun sənin" düşüncəsi ilə işə yanaşır və bu üzdən qarşılaşmalarda VAR "varyox"a qarışır".
T. Süleymanov qeyd edib ki, Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub: "Bu gün də gənc hakimlərin potensialı görünməkdədir. Bu, təbii prosesdir, hər zaman belə olub. Yetər ki, onlarla düzgün iş aparılsın. Bacarıqlıların, istedadlıların inkişafı təmin edilməlidir! Özlərini matçlara təyin etməklə inkişaf, keyfiyyət dərəcəsi artmır. AFFA-nın yeni, gənc baş katibi Sərxan Hacıyev də vaxtilə bir-iki "qram" hakimliklə məşğul olub. Özündə perspektiv görmədikdə istiqamətini dəyişib. Oyunlara rəsmi nümayəndə/inspektor kimi gedə bilər. Futbolda şimşək çaxmasın deyə barış elan olunubsa, "niyə də yox"?!
Belə yanaşma, millətin 5-10 manatına göz tikməklə çempionatın finişinə kimi hələ çox qalmaqallar baş verəcək. Futbolda zəlzələ gözlənilməməlidir - düşüncələr dəyişməlidir!"
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi