“Türkiyədə baş vermiş hadisəyə görə həm klub, həm də öz adımdan türk xalqına başsağlığı verirəm. Allahdan ölənlərə rəhmət diləyirəm. Çox böyük acıdır. Boş vaxt tapdıqca Türkiyə kanallarını izləyirəm. Dağıntılar altından hər uşaq çıxanda sevinirəm. Hazırda futbol ikinci dərəcəyə keçib”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 22-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının layiqli qələbə qazandığını bildirib: “Hər şey istədiyimiz ssenaridə getdi. "Zirə" bu gün ən yaxşı futbol oynayan üç komandadan biridir. Onlar nə etdiyini bilirlər. Bizə çox çətin idi. Daha əvvəldən də zamana ehtiyacımız olduğunu demişdim. Bu, hələlik başlanğıcdır. Çatışmayan cəhətlərimiz var. Onlar üzərində işləməliyik. Layiqli qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Hər bir futbolçu oyun intizamına əməl etdi. Mübarizə aparanda nəticə gələcək. Bu oyunda xallar bizə lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı olacaq”.
Diniyev növbəti turda qarşılaşacaqları “Neftçi” ilə oyundan da söz açıb: "Sabah"la matçda fərdi səhvlərdən qollar buraxdıq. İkinci hissədə göstərdiyimiz oyun ümid verdi. Komanda artırmalıdır. Hazırda "Qarabağ", "Sabah" və “Zirə” çempionatın ən yaxşı futbol oynayan komandalarıdır. “Neftçi” hələ pik formasına çatmayıb. Bununla belə, bizi asan oyun gözləmir. Meydana uğurlu nəticə üçün çıxacağıq. Hər oyun bizim üçün final görüşüdür. Rahatlaşmağa, dayanmağa vaxtımız yoxdur”.
Diniyev “Səbail”in “Zirə” üzərində uzun müddətdən sonra qələbə qazanmasına belə münasibət bildirib: “Statistikanın əhəmiyyəti yoxdur. Hansı komanda ilə oynasan, qalib gələrkən yekunda 3 xal qazanırsan. Rəşad Sadıqov “Zirə”də yaxşı işlər görür. Bu gün meydanda istədiyini həyata keçirə bilmədilər. Burada futbolçularımın əməyi var. Heç kimlə prinsipiallığımız yoxdur”.
Mütəxəssis rəqibin oyununu yaxşı analiz etdiklərini qeyd edib: “Yaxşı olanda deyirik, yaxşı analiz etmişik. Pis olanda demirik ki, pis analiz etmişdik. Bu gün Rəşad Sadıqovu yox, “Zirə”ni analiz etmişdik. O, komandanın oyun üslubunu verən insandır. Çantakias meydanda böyük işlər görür. Onun olmaması da bizim üçün üstünlükdür. Hamidu Keytanı bağlamaq çox çətin idi, amma bacardıq. Rəhim Sadıxovun topu qəbul etməməsinə çalışırdıq, etdik. Futbol kiçik detallardan ibarətdir. Deməzdim ki, analizi çox yaxşı etdik. Alınmaya da bilərdi. Rəşad yaxşı baş məşqçidir, öz oyun üslubu, futbola baxışı var. Məncə, böyük nəticələri qarşıdadır”.
Diniyevin rəhbərliyi altında “Səbail” keçirdiyi 2 ev oyununda maksimum nəticə göstərib. Çalışdırıcı səfərdə eyni nəticəni göstərə bilməmələrinin səbəbini belə izah edib: “Səfərdə elə də təzyiq altında oynamırıq. Hər oyunda artım var. Çox şeyləri demək istəmirik. Bu gün çox qaçdıq. Oyundan-oyuna da artırırıq. Səfər və ya evdə oynamağımızdan asılı olmayaraq, artırırıq”.
O, “Səbail”in autsayderlər qrupunda yer almasına da toxunub: “Həmin mövqedə ola-ola oyuna çıxmaq çətindir. Transfer etmək də çətindir. Zərgər dəqiqliyi ilə transfer etməliyik. Üç oyunda bir dəfə rəhbərlik deməyib ki, pis oynadınız. Onlar hər şeyi anlyayır, bilirlər ki, zamana ehtiyac var. Xallar yaxındır, hər bir oyun sonuncudur. Hələ çox çalışmalıyıq. Bu o demək deyil ki, birdəfəlik sonuncu pillədən çıxdıq. Rəqiblərdən aralanmaq çox çətindir”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı
"Arsenal" "Real"ın təklifini geri çevirdi
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Tudor "Tottenhem"lə işləməyin çətin olduğunu etiraf etdi
Vinisiusla bağlı yeni qalmaqal - Şəkil
Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmirlər
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
"Barselona"nın futbolçusu sıradan çıxdı
Azərbaycan cüdoçularının rəqibləri açıqlandı
"Əl-Hilal"da Benzema şoku
Bu komanda Region Liqasından kənarlaşdırıldı
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
"Komandama çox inanıram" - Domeniko Tedesko
Ronaldo İspaniya klubunun səhmlərinin 25 faizini aldı
Türkiyə klublarının oyunları bu kanallarda
"Sumqayıt"ın futbolçusu üçün mövsüm başa çatdı
Ərdoğan Okan Buruka zəng etdi - Video
“Qarabağ”ın futbolçusundan ingilislərə transfer çağırışı
Osimhen qol vurduqdan sonra niyə sevinməyib?
"Yuventus"un kapitanı: "Ağlamaq istəyirəm"
Arda Güler "Real"da 100-ə çatdı
Çempionlar Liqasında ən çox ötürmə edən “Qarabağ”lı kimdir?
“Qarabağ”ın ÇL-də diqqətçəkən statistikası
Osimhen, Hoq, Tçaumeni və Sorlotun yarışı