"Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk matç idi ki, dinamik, sürətli keçdi. Futbolçularımdan razı qaldım. Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 22-ci turunda keçirilən "Sabah"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
O, qapıçı mövqeyi ilə bağlı söyləyib: “Biz “Gent”lə oyunda meydana Amin Ramazanovla çıxmağa qorxmuruq. Rəqib yaxşı komandadır və güclü liqada mübarizə aparır. Hansı rəqibə qarşı oynasaq da, sonadək mübarizə aparacağıq. Meydana çıxan bütün futbolçulara inanıram. Bu gün qapını Aminə tapşırdıq. Rəqibin oyununa yenidən baxacaq və daha sonra start heyəti ilə bağlı qərar verəcəyik. “Gent”lə matçda istənilən futbolçunun çıxış etmək ehtimalı var. “Gent”in oyununu stadiondan izləmişəm. Fərqli sistemdə çıxış edən komandadır. Sürətli oyunçuları var. Bizə xoş olmayan kollektivdir. Amma bu cür klublara qarşı çıxış etmirik. Hansısa rəqibdən çəkinmək istəmirik”.
Mütəxəssis "Sabah"ın mübahisəli penalti epizodu haqda da danışıb. O, "Marsel"lə matçda "feyr-pley" etmiş adamsınız. Sizcə, "Qarabağ"ın Elçin Məsiyevin rəğbət bəsləməsinə ehtiyacı var?" sualını belə cavablandırıb: "Elə dediniz ki, sanki, Elçin Məsiyev bizim qohumumuzdur. Epizoda baxmısınız ya, yox bilmirəm. Ramil Şeydayevin epizoduna da baxmısınız? Mənim "feyr-pley"imlə düzgün müqayisə etmədiniz. Hakimliklə bağlı o qədər yeniliklər var. Baxmaq lazımdır ki, Romao haradadır, məsafə nə qədərdir. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Xahiş edirəm, bu epizodla mənim etdiyim "feyr-pley"i yan-yana qoymayın. Bu mənə aid olmayan epizoddur".
O, yeni transferlərin işə yanaşmalarından razı olduğunu vurğulayıb: " Hazırlıqları məni tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan, məşqlərdən uzaq qalmışdı. Diakabinin hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzia da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik. Ehtiyatlanırıq. Adama Diakabi “Şamaxı” ilə matçda 30 dəqiqə meydanda oldu və əzələsində ağrılar hiss etdi. Ehtiyatlı olmalıyıq”.
Q.Qurbanov komandanın hücumçusu Ramil Şeydayevin xarici klublardan təklif aldığı xəbərlərinə belə münasibət bildirib: "Buna normal baxıram. Çünki, hər bir çempionatda üzdə olan oyunçulara maraq böyük olur. Bombardirlər sırasındadırsa, mütəmadi oynayırsa, maraq olacaq. Ramilin maya kimi bizimlə müqaviləsi var. "Transfer pənəcərisi" də bağlanıb. Harasa getməsi real görünmür. Bizimlədir. Danışıqlar aparacağıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi