"Maraqlı oyun oldu. Hər iki komandanın uğurlu epizodları var idi. Qol fürsətləri oldu. Güzəştsiz mübarizə getdi. Çətin oyun alındı. Bir epizodda dirəyə tuş gəldik, birində hakim 200 faizlik penaltimizi vermədi. Buna baxmayaraq özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik. Belə oyunlar bizim üçün çox vacibdir".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 22-ci turuna "Qarabağ"la heç-heçə etdikləri mərkəzi oyundan (1:1) sonra deyib.
O, matçın saat 17:00 başlaması ilə bağlı bildirib: "Beş günlük tsikl olanda məşq etmək olmur. Bərpa olunuruq, daha sonra oyunqabağı məşq gəlir. Mən nəyə görə belə olduğunu anlamıram. Dünya çempionatında Avropa dincəlirdi, biz çıxıb oynayırdıq. Azarkeşlər üçün oynamırıqsa, kimin üçün oynayırıq? Matçları bu saatda niyə salırlar, anlamıram. Belə oyunlar azarkeşər üçün yaxşı deyil".
Mütəxəssis 100 faiz penaltilərinin verilmədiyini vurğulayıb: "Qarabağ" top klubdur. Bütün Azərbaycan üçün nümunə klubdur. Yaxşı baş məşqçisi və gözəl strukturu var. "Qarabağ"a kömək lazım deyil. Buna əminəm. Hakimin bu gün etdiyini deyə bilmərəm. Belə açıq-aşkar penalti görməmişəm. Təmiz penalti idi. VAR var. Birinci və ikinci komanda oynayır, belə qərar verilir. Ötən turda Con İrazabala qırmızı vərəqə verildi. Orada da yox idi. Halbuki rəqib onu vururdu. "Sabah"a hörmət lazımdır. Biz hamımız fikirləşirik ki, 100 faiz penalti idi. Hakim nəyə görə vermədi, deyə bilmərəm".
M.Musayev bu mövsüm "Qarabağ"a qarşı keçirdikləri üç oyundan hansını bəyəndiyi ilə bağlı deyib: " Hamısı maraqlı idi. Hər iki komanda açıq futbol oynadı. Artıq "Sabah" qorxmur, aqressiv oynayır, pressinq edir. Bunları etmək çətindir, amma edirik. Azarkeşlər 0:0 bitən oyundan razı idilər. Açıq futbol getdi. Hər üç oyun yaxşı oldu. Əvvəlki qorxu yoxdur, biz "Qarabağ"a qarşı açıq, aqressiv oynayırıq.
Çalışdırıcı daha sonra söyləyib: "Bir il bundan qabaq "Sabah" son yerlərdəydi. Rəhbərlik, oyunçular, seleksiya çox yaxşı işlər gördük. Addım-addım irəli getdik. Çoxları deyir ki, çempionluq uğrunda mübarizə aparmalıyıq. Amma biz gənc klubuq. Addım-addım irəliləməliyik. Xalları toplamağa gəldikdə, bəzən yaxşı oynamadıq xal qazandıq. Nə xalımız varsa, hamısına layiqik.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi