“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib: “Məğlubiyyət xoş deyil. “Qarabağ”la oyundan sonra bəlkə də komandada eyforiya var idi. Futbolçular mübarizə apardı. Lakin 2 səhvə yol verdik. İlk hissənin sonunda qol buraxmağımız bizə çox pis təsir etdi. Mübarizə apardıq, amma rəqib daha istəkli idi. Çalışacağıq ki, bu vəziyyətdən çıxaq. Bugünkü görüşlə bağlı deyiləcək çox söz yoxdur”.
Əhmədov azarkeşlərin onu istefaya səsləməsinə belə münasibət bildirib: “Fanatları başa düşmək olar. Amma bura gələndə məni nələr gözlədiyini, hansı təzyiqlərlə üzləşəcəyimi bilirdim. Rəhbərliklə söhbətdən sonra getməyimlə bağlı qərar olsa, klubdan ayrıla bilərəm. O qədər olub ki, yaxşı nəticə verdiyim yerdə işimdən uzaqlaşdırılmışam... 2 il işsiz qaldım, dünya dağılmadı ki. AZAL-da, “Kəpəz”də, “Neftçi”də ağır vəziyyətdə işləmişəm. Amma nəticə verdikdən sonra getmişəm. Sabah rəhbərliklə görüşdə bu məsələni müzakirə edəcəyik”.
“Kəpəz”in çalışdırıcısı meydandan kənarda gedən oyunların işinə pis təsir etdiyini vurğulayıb: “Kaş ki bu dünya düz olardı. Hər şey insanların ədaləti ilə olsaydı, nə var idi ki... Türkiyədə zəlzələdən sonra insanların həyatda qalmaq uğrunda mübarizə aparmasını görmək çox ağırdır. Neçə gündür özümə gələ bilmirəm. Bu qədər faciələr yaşansa da, bəşər övladı düzəlmir. Hərdən insanlığımızı unuduruq. Ola bilər bu gün Tərlanı istəməsinlər, mən Gəncə futbolu ətrafında baş verənləri açıqlamaq istəmirəm. Bəzi söhbətlər mənimlə qəbirə gedəcək. Bilirəm ki, hansı çay evində görüşürlər, nələr danışırlar. Bakılı-gəncəli söhbətinin olması heç də yaxşı deyil”.
Əhmədov bildirib ki, sələfi Yaşar Vahabzadənin aqibətini yaşayır: “Yaşar Vahabzadə getdi, sabah mən də gedim, nə dəyişəcək ki? Heç kim hansı problemlər yaşadığımızı bilmir. Heç nə olmayan bir vəziyyətdə komandanı dirçəltmək istəyirik. Təzyiqləri bilirəm. Allahları bilsin, özləri bilsin”.
O qeyd edib ki, indi yox, mövsümün sonunda istefa verə bilər: “Bu gün istefa versəm, çox adam çörəksiz qalacaq. Bu gün getmək istəmirəm. “Kəpəz” ətrafında gedən oyunlar bəllidir. Hər şey mətbuata sızdırılır. Çox adam da hər şeyi bilir. Mən nə açıqlayım ki? Heç vaxt da deməyəcəyəm. Təəssüf ki, problemlər barədə klub rəhbərliyini məlumatlandırsam da, öz həllini tapmır. Bu gün uduzmuşuqsa, bu, mənim səhvimdir. Bəli, həmin adamlara gücüm çatmr. Lakin mən nankor insanların belə çörəyinə bais olmaq istəmirəm. Bir futbolçumuz həkim müayinəsinə gedib, amma orda arxamca danışıb və həkim onu xəstəxanadan qovub. Komandanın iclasında isə bunu boynuna almadı. Mən əvvəldən demişdim ki, “Kəpəz”də nəticə verəndə məni şərləyib çıxaracaqlar”.
Əhmədov qeyd edib ki, ilk dəfə deyil bu cür halla üzləşir: “Daha əvvəl də işlədiyim yerdə adıma söz çıxartmışdılar. Sonra gördülər ki, hər şey yalandır. İşin tələbi nədirsə, mən onu edirəm. Jurnalistlərlə də səmimi danışıram. Heç kim deyə bilməz ki, Tərlan kiminsə haqqına girib. Futbolçu da, klubun əməkdaşı da düz işləməlidir. Sabah hansısa köməkçimi qovsam, deyəcəklər Tərlan düz işləmir. Axı niyə? Rəhbərliyə siyahı verdim ki, bu futbolçuları hissə-hissə göndərmək lazımdır. Amma klubdan bir nəfər futbolçuları öyrədir ki, getməyin, pulunuzu tələb edin. Bu cür hallar da komandada atmosferi pozur. Çoxları öndə getdiyim üçün məni qəbul edə bilmir. Hər zaman çalışmışam ki, özümü şəxsiyyət kimi formalaşdırım. Ailədə övladlarımı da bu cür tərbiyə edirəm. Bu gün sizin qarşınızda deyirəm, Premyer Liqada qalandan sonra “Kəpəz”dən gedəcəyəm”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı
"Arsenal" "Real"ın təklifini geri çevirdi
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Tudor "Tottenhem"lə işləməyin çətin olduğunu etiraf etdi
Vinisiusla bağlı yeni qalmaqal - Şəkil
Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmirlər
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
"Barselona"nın futbolçusu sıradan çıxdı
Azərbaycan cüdoçularının rəqibləri açıqlandı
"Əl-Hilal"da Benzema şoku
Bu komanda Region Liqasından kənarlaşdırıldı
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
"Komandama çox inanıram" - Domeniko Tedesko
Ronaldo İspaniya klubunun səhmlərinin 25 faizini aldı
Türkiyə klublarının oyunları bu kanallarda
"Sumqayıt"ın futbolçusu üçün mövsüm başa çatdı
Ərdoğan Okan Buruka zəng etdi - Video
“Qarabağ”ın futbolçusundan ingilislərə transfer çağırışı
Osimhen qol vurduqdan sonra niyə sevinməyib?
"Yuventus"un kapitanı: "Ağlamaq istəyirəm"
Arda Güler "Real"da 100-ə çatdı
Çempionlar Liqasında ən çox ötürmə edən “Qarabağ”lı kimdir?
“Qarabağ”ın ÇL-də diqqətçəkən statistikası
Osimhen, Hoq, Tçaumeni və Sorlotun yarışı