“Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik. Buna görə də görüş heç-heçə yekunlaşdı”.
Qol.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının 22-ci tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis komandasının çıxışından razılıq edib: “Heyətdə həftə ərzində kollektivlə birgə məşq etməyən futbolçular var idi. Onların durumu da qeyri-müəyyən idi. İsnik Alimi məşq prosesində iştirak etməsə də, oyunda meydanda oldu və komandaya öz faydasını verdi. Futbolçulardan razı qaldım, istədiyimi tam şəkildə ortaya qoyurdular. Komanda oyun ərzində 6-7 qol epizodu yaradırsa, hansı iradı bildirə bilərəm? Ümumi istədiyimi meydançada görürəm. Düşünülmüş kombinasiyalardan istifadə edirik. Sadəcə, reallaşdırmanın qaydasında olmaması nəticəyə də təsir göstərir”.
"Qəbələ"nin çalışdırıcısı həmkarı Laurentsiu Regekampfdan fərqli olaraq, hakimlərin idarəçiliyindən razı qalıb: “Hakimi müzakirə etmək üçün heç epizod da olmadı. Məncə, normal idarəçilik oldu. Penalti epizoduna dəqiq baxmamışam. Telefonda baxırdıq. Gördüyüm qədərilə təmas yox idi, hakimlər düz qərar verdilər”.
O, braziliyalı hücumçu Ramon Maçadonu ehtiyatda saxlamalarının səbəbini də izah edib: “Ramon Maçado “Kəpəz”lə oyunda aldığı zədədən sonra tam özünə gəlməyib. Hələ ağrıları olduğu üçün ehtiyatla yanaşdıq”.
Mütəxəssis yeni transfer Əyyub Allaşı hələ məşqlərdə görmədiyini vurğulayıb: “Yeni transferimizi hələ görməmişəm. Bizə qoşulandan sağlamlığı qaydasında deyil. Üç gün hərarəti oldu. Nə vaxt tam sağalacaqsa, o zaman da məşqlərdə görə biləcəyik”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi