"Oyunda ən neqativ hal hakimlik idi".
Qol.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ" ilə qolsuz bərabərə qaldıqları Misli Premyer Liqasının 22-ci tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis qarşılaşmanın baş hakimi Fərid Hacıyevin idarəçiliyindən narazılığını bildirib: “Hakimlik haqda heç vaxt danışmıram. Oyundan sonra onunla aramızda dialoq olmasına çalışdım. Bəlkə də, onunla danışacaq səviyyədə deyiləm. Mənimlə dialoqa girmək istəmədi. İrad bildirdi ki, futbol oynamaq lazımdır. Cavabımda da dedim ki, futbol oynamağımız üçün imkan verməlisən. Hər dəqiqə matçı saxlayırdı, çoxlu səhvlər edirdi. Penalti qərarını verəndə heç epizodu görməmişdi. Hakim penaltini göstərdikdə ən azı 50 faiz qərarına əmin olmalıdır. Həmin epizoda görə bizi 4-5 dəqiqə saxladılar. Görüşün əsas vaxtına da cəmi 4 dəqiqə artırıldı. Həmin vaxtın da dəqiqə yarımında “Qəbələ”nin qapıçısı öz komanda yoldaşını vurdu, o da yerdə qaldı”.
"Neftçi"nin çalışdırıcısı qol imkanlarını dəyərləndirə bilmədiklərini söyləyib: “Yaratdığımız şanslara daha ciddi yanaşmalı və sadə oynamalıyıq. Belədə bizə daha yaxşı ola bilər. Hava şəraitinə görə meydança yaxşı vəziyyətdə idi. Ot bir az hündür idi, amma bunu normal hesab edirəm. Komandam futbol oynamağı xoşlayır. Futbolçular tez oynamaq istəyirlər. Bu cür şəriatdə belə hakimliklə oynamaq asan deyil. Hər iki komanda futbol göstərməyə çalışdı. Referinin epizodlarda lazımı yerdə olmadığını düşünürəm”.
Regekampf bildirib ki, komandası hücumda daha keyfiyyətli oynamalıdır: “Daha çox qol vurmalıyıq. Kifayət qədər də şanslarımız olur. Oyunçuların bacarığından söhbət getmir. Hər yaratdığımız şansı yüz faizli qol kimi yanaşmırıq. Topa sahib olma bizdə olur, matça nəzarət edirik. Ancaq sonda qol vurmalıyıq. Bu gün də ikinci hissədə 3-4 epizodda daha sadə və tez oynasaydıq, asanlıqla qola yaxınlaşardıq”.
48 yaşlı mütəxəssis əlavə edib ki, qarşılaşmaya hazırlıqlarının əsas taktikası rəqibi irəlidə sıxmaq idi: “İlk hissədə bunu bacardıq. Rəqib müdafiədən uzun ötürmə ilə çıxırdılar. Ancaq “Qəbələ”yə topu verdikdə təhlükəli olurdular. Bu gün bizim günümüz deyildi. Əminəm ki, bir qol vursaydıq, rəqib açıq oyuna keçəcəkdi və bizim üçün daha asan olacaqdı”.
O, transfer çalışmaları barədə də sualı cavablandırıb: “Mən oyunçu gətirən şəxs deyiləm. Komandanı məşq etdirmək üçün buradayam. Komandamızın skautları var, onlar bu yöndə çalışırlar. Onlar mənə hansısa yaxşı rumıniyalı futbolçunu təklif etsələr, niyə qəbul etməyim? Skautlarla bərabər oyunçunu mən seçirəm”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi