"Komandamızın "Kəpəz"ə qarşı matçları heç vaxt asan keçməyib. Son oyunlarda rəqibimiz yaxşı çıxış edir. Onlar derbi matçına inamlı şəkildə çıxacaqlar".
Bu sözləri Qol.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Natan Oduva Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"lə keçiriləcək oyun haqda danışarkən deyib.
İngiltərəli futbolçu qərb derbisində qələbə qazanmaq istədiklərini bildirib: "Şamaxı"ya qarşı son matçda qələbə qazandıq. Bu nəticəni təkrarlamaq istəyirik. "Turan Tovuz” azarkeşləri bizim üçün motivasiyadır. Bilirik ki, hər oyun onlar bizə dəstək olur. Bu, 12-ci oyunçunun meydanda olması kimi bir şeydir".
"Tottenhem"in yetirməsi nəinki qərb derbisini, ümumilikdə Azərbaycan futbolunu İngiltərədəki hansısa bir matçla müqayisə etməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 11-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 14:00-da başlayacaq.
Azad Nuriyev
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi