“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar. Qarşılaşmadan, meydandakı mübarizədən zövq aldılar”.
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında Misli Premyer Liqasının 21-ci turunda "Qarabağ"la matç (1:1) haqqında danışarkən deyib. Komandasının görüşdəki bərabərlik qolunu vuran yarımmüdafiəçi "Kəpəz"in turnir cədvəlində yuxarı pillələrə layiq olduğunu bildirib: “Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Xala layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Biz hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var”.
Nigeriyalı futbolçu deyib ki, Ağdam təmsilçisi ilə qarşılaşmada qələbə də qazana bilərdilər: “Meydana həmişə qələbə üçün çıxırıq. Bəzən alınmır, amma sonuncu oyunumuzdan üç xalla ayrıla bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu. Oyuna da yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını məşqlərdə lazımınca yerinə yetirmişdik. O, bizi yaxşı motivasiya etmişdik. Məncə, möhtəşəm çıxış etdik”.
28 yaşlı oyunçu vurduğu qoldan qısa danışıb: “Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.
“Azarkeşlər qələbələrə hazır olmalıdırlar” - deyə Ahmed Ayzaya sonda fanatlara mesaj da göndərib.
Qeyd edək ki, Ayzaya bu mövsüm Misli Premyer Liqasında 18 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi