Bu həftə Misli Premyer Liqasının növbəti - 22-ci turunda çempionatın 1 və 2-ci yerlərində qərarlaşan “Qarabağ”la “Sabah” üz-üzə gələcək. Hazırda Ağdam təmsilçisi ən yaxın izləyicisini 5 xal geridə qoyur. Bu matçda "Sabah" qalib gələrsə, xal fərqi 2-ə enəcək və deməli, Premyer Liqada intiriqa daha da qızışacaq.
Çempionluq yarışı baxımından əhəmiyyətli hesab olunan oyun fevralın 11-i saat 17:00-da "Azərsun Arena"da başlanacaq. Lakin turun mərkəzi oyununun istirahət günü olan şənbədə erkən saatda start götürəcəyi diqqət çəkir. Çünki təcrübədə adətən, belə görüşlər daha çox azarkeş və TV tamaşaçısı toplaması baxımından gec saatlarda başlayır. Məsələn, 19:00, 20:00, hətta 21:00-da... Belə olan halda bizdə mərkəzi qarşılaşma niyə saat 17:00-a təyin edilib?
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Qol.az saytına açıqlama verib. O, PFL-in belə qərar verməsini onunla izah edib ki, sözügedən matç həftə içi deyil, şənbə günü keçiriləcək: "Həmin gün qeyri-iş günüdür. Matçın 17:00-a təyin edilməsinin səbəbi isə onun mərkəzi oyun olmasından irəli gəlir".

Elə isə "Qarabağ"la "Neftçi" arasındakı prinsipial oyunlar niyə gec saatlada başlayıb? E.Abbasov bununla bağlı deyib:
“Qarabağ”la “Neftçi” arasındakı görüş bu mövsüm həftəsonuna təsadüf etmədiyindən gec saatlarda başlayıb. Bu ayın axırı keçiriləcək “Qarabağ” və “Neftçi” komandaları arasında matç 26 fevral Xocalı Soyqırımının 31-ci ildönümü gününə təsadüf etdiyindən biz onu 27 fevrala - bazar ertəsi gününə keçirmişik".
PFL rəsmisinin sözlərinə görə, "Qarabağ" - "Sabah" matçının erkən başlamasında yayım faktoru əsas rolu oynayıb: "Fevralın 11-i saat 19:30-dan etibarən "CBC Sport"da klublararası dünya çempionatının oyunu nümayiş etdiriləcək. Biz daxili çempionatın keçirilmə vaxtları ilə bağlı qərar verməzdən əvvəl həm də yayımçı kanal olan "CBC Sport"la məsləhətləşirik. Fevralın 11-i klublararası dünya çempionatının oyunu bitəndən sonra “Qarabağ” – “Sabah” matçı yayımlamaq gec olardı. Ona görə də daha uyğun variant kimi 17:00-ı seçdik".
Azad Nuriyev
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi