“Uşaqlar oyuna yaxşı köklənmişdilər. Arqessiv, sürətli futbol göstərdik. Bizim üçün vacib olan üç xal əldə etdik”.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 21-ci turunda “Səbail”i 4:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra deyib.
Rusiyalı mütəxəssis “Qarabağ”ın 2 gün əvvəl “Kəpəz”lə səfər oyununda xal itirməsinin onlar üçün əlavə motivasiya olmadığını bildirib: “Bizi maraqlandıran öz oyunumuzdur. Rəqibin xal itirməsi haqda düşünmürük”.
Musayev son turlar vurduğu qollarla bombardirlər yarışında üçüncü pillədə olan Coy-Lens Mikelsin çıxışına da toxunub: “Əlbəttə, o da bombardir olmaq istəyər. Əsas olan komandanın uğurudur. Mikels ötən mövsüm də bizim bombardirlərimizdən idi”.
“Sabah”ın çalışdıcısı komandasının ilk 30 dəqiqədən sonra parlaq çıxış etməməsinin səbəbini belə izah edib: “3:0-dan sonra rahatlaşmamışdıq. Amma bir az aqressiyamız azalmışdı. Oyuna nəzarət bizim əlimizdə idi. 90 dəqiqə eyni tempdə oynamağa çalışırıq. Əsas olan odur ki, nizamı itirmirik”.
Mütəxəssis komandasının azlıqda qalmasına da toxunub: “Qırmızı vərəqə təəssüf doğurur. Hakimin qərarı 50/50 idi. Ümumilikdə oyunumuzdan razıyam. Heç vaxt azlıqda qalmaq istəmirik. Heç nədən qırmızı vərəqə aldıq. Yerli və ya yersiz qırmızı vərəqə olur?”
O, növbəti dəfə çempionluq barədə danışmaq istəməyib: “Xal baxımından "Qarabağ"a çatsaq, çempionluq barədə danışa bilərik. İndiki məqamda 5 xallıq fərq böyükdür”.
M.Musayev sona kimi bu tempi qorumağa çalışacaqlarını vurğulayıb: “Ümid edirəm ki, eniş olmayacaq. Sehrbaz deyiləm. Əvvəlki xal itkilərinə baxsaz, ya azlıqda olmuşuq, ya rəqib şansının köməyi ilə qol vurub. Qırmızı vərəqələr, zədələr itkilərə gətirib çıxardı. Rəqiblərlə aramızdakı xal fərqinə baxmalı deyilik. Oyundan oyuna düşünməliyik. Regionlarda oynamaq çox çətindir. "Qarabağ" Gəncədə çətinliklə üzləşdi. Meydança pis idi. Biz öz oyunlarımıza köklənməliyik”.
Sonda isə “Sabah”ın baş məşqçisi yeni transferin olub-olmayacağı ilə bağlı sualı cavablandırıb: “99 faiz yeni transfer gözlənilmir. İstədiyimiz oyunçuları ala bilmədik”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"