“Şamaxı” əzmkar komandadır. Hər komandadan buradan xal apara bilmir. Biz isə son turlar şanssızlıq yaşayırdıq. Xal qazanmalı olduğumuz oyunlarda buraxılan səhvlər məğlubiyyətə gətirib çıxarırdı”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 21-ci turunda “Şamaxa”nı 1:0 hesabı ilə məğub etdikləri oyundan sonra deyib.
O, komandasının minimal hesablı qələbəsini belə şərh edib: “Bu gün daha düzgün, daha diqqətli oynadıq. Müdafiədə etibarlı çıxış etdik. Bilirdik ki, “Şamaxı” da meydana qələbə üçün çıxacaq. Qazanılan qələbə münasibəti ilə futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bizim üçün vacib 3 xal qazandıq. Son turlar əsas rəqiblərimizlə aramızdakı xal fərqi azalmışdı. Heyətdə cəzalı, zədəli futbolçuların olması işimizi çətinləşdirirdi. Buna görə də heyətdə müəyyən dəyişiklik etmişdik. Futbolçulardan razı qaldım. Əzmkar oyun nümayiş etdirdik. Matçın taleyini 1 qol həll edəcəkdi. Şükürlər olsun ki, həmin qolu da biz vurduq”.
Abbasov rəqibin oyununu analiz etdiklərini bildirib: “Oyundan oyuna fərq var. “Şamaxı”nı oyun üslubunu analiz etmişdik. Bilirdik ki, çox sıx müdafiə olunurlar və hücumlara çox tez çıxırlar. Top itkisindən sonra rəqibə boşluqlar verməməli idik. Rəqibin müdafiə xəttini yarmaq da çətin idi. Elə oyunlar var ki, səbrli olmalı, öz vaxtını gözləməlisən. Bugün də elə oldu”.
Kubok oyunu da nəzərə alınmaqla, cari mövsüm artıq üçüncü dəfədir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edir. Tovuz klubunun çalışdırıcısı uğurlu statistikaya belə münasibət bildirib: “Bu statistika mənə də maraqlı gəldi. “Şamaxı” həqiqətən də öz meydanında heç kimə asanlıqla məğlub olmur. Komandanın heyəti gənc, yaxşı futbolçulardan ibarətdir. Hər bir rəqibə qarşı layiqli müqavimət göstərirlər. İddialı komandalar da burada əziyyət çəkirlər. Qələbə qazanmaq bizi sevindirir”.
Komandaya yeni sponsor cəlb olunması ilə bağlı sualı Ayxan Abbasov belə cavablandırıb: “Mən həmişə demişəm ki, bölgə klublarına sponsor lazımdır. Fərqi yoxdur “Turan Tovuz” olsun, “Şamaxı” olsun, yaxud “Kəpəz”. Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inişaf etmək çox çətindir. Bu gün həm Tovuz Rayon İcra Hakimiyyəti, həm AFFA, həm Futbolun İnkişaf Fondu həqiqətən də komandamıza sponsor tapılması üçün çox ciddi işlər görürlər. Yeni sponsorla bağlı söhbət var. Lakin hələ ki məsələ rəsmiləşməyib. Yəqin ki, qarşıdakı günlərdə hər şey məlum olacaq. Klubların sponsoru olmalıdır ki, çatışmazılqları aradan qaldıra bilək, uşaq futbolunu inkişaf etdirək”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi